Page 396 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 396
yam Somerset Moem
Konstans. İstəyirəm, biləm, hətta susanda belə ən
hazırcavab, ən dilli-dilavər qadınam. Con, sənin onillik
diqqətin məni tamamilə qane eləyirdi, odur ki, biz ən
yaxın və doğma dostlar idik, amma indi qısa müddətə
olsa da ürəyimdən başqa şey keçir. Doğrudanmı, sən
bunu mənə çox görəcəksən? İstəyirəm, məni sevsinlər.
Con. Amma axı, əzizim, mən səni sevirəm. Əlbəttə,
mən özümü iyrənc apardım, sənə az diqqət ayırdım,
amma hələ gec deyil, hər şeyi dəyişmək olar. Sən mənim
üçün yeganə qadınsan. Mən hər şeyi başlı-başına bura-
xıb səninlə gedəcəm.
Konstans. Bu ideya məni heç də təmin eləmir.
Con. Bəsdi görək, əzizim, heç olmasa, bir tikə rəhm
göstər. Mən Mari-Luizanı atdım. Sənin də, əlbəttə ki, öz
əlindədir, Bernarda qapını göstər.
Konstans. Amma sən Mari-Luizanı mənim yox, öz
istəyinlə atdın.
Con. Məsələni qəlizləşdirmə, Konstans. Gəl birlikdə
yola çıxaq. Bu cür ikimizə də yaxşı olar.
Konstans. Zavallı Conum, mən maddi azadlığı bal
ayını öz ərimlə keçirmək məqsədiylə qazanmamışam.
Con. Elə düşünürsən ki, mən əgər ərəmsə, məşuq
roluna yaramaram?
Konstans. Ay mənim əzizim, qızardılmış qoyun
ətiylə quzu kababının dadı bir olmur.
Con. Sən heç bilirsən, nə yoldasan? Mənim ideal ər
olmaq üçün dəridən-qabıqdan çıxdığım bir vaxtda sən
məni təzədən Mari-Luizanın ağuşuna itələyirsən. Vic-
danıma and içirəm, sən evdən çıxan kimi mən onun ya-
nına gedəcəm.
Konstans. Nahaq yerə vaxt itirib benzin yandıra-
caqsan. Qorxuram, onu evdə tapmayasan. Onun bir
gənc adaxlısı peyda olub. Mari-Luiza ona bir könüldən
min könülə aşiqdi.
Con. Nə?
396