Page 393 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 393
Seçilmiş əsərləri
ildən sonra qayıdacağımı fikirləşəndə Londonu tərk
eləmək mənə ağır gəlir, amma digər tərəfdən, əgər mü-
təxəssisə müraciət eləmisənsə, onun məsləhətini qulaq-
ardına vurmaq da düzgün deyil.
Con. Xüsusən də, həmin mütəxəssis öz məsləhətini
pulsuz veribsə.
Konstans. Çox təəssüf. Mən də elə bilirdim, burada
olmadığım müddətdə Con sənin sayəndə özünü yaxşı
aparacaq.
Bernard. Çətin ki, mən bunu təmin eləyə bilərdim.
Amma, hər halda, teatra, qolf oynamağa gedərdik.
Konstans. Ümumiyyətlə, vaxtınızı əla keçirərdiniz
eləmi, Con?
Con. Çox əla keçirərdik.
(Eşikağası daxil olur.)
Bentli. Taksi gözləyir, madam.
Konstans. Təşəkkür eləyirəm.
(Eşikağası çıxır.)
Bernard. Onda icazə verin, gedək. Ola bilsin, sizi bir
də görmədim. Ona görə də Londonda keçirdiyim bu bir
ildə mənə göstərdiyiniz qayğı və qonaqpərvərliyə görə
sizə təşəkkür edirəm.
Konstans. Bizə baş çəkdiyinizə görə minnətdarıq.
Bernard. Səninlə Con məni elə isti qarşıladınız ki.
Bu ilin mənim üçün belə uğurlu olacağını təsəvvürümə
də gətirməzdim.
Konstans. Sənsiz çox darıxacağıq. Con təcili əməliy-
yata çağırıldığı vaxtda onu əvəz eləyə biləcək bir insanın
olduğuna elə şad idi ki. Elə deyilmi, əzizim?
Con. Əlbəttə, əzizim.
Konstans. Mən sənin yanında olanda rahat idi. Ra-
hat idinmi, əzizim?
Con. Əlbəttə, rahat idim, əzizim.
Bernard. Nəyəsə lazım olduğuma görə elə mən də
çox şadam. Məni unutmayın, yaxşımı?
393