Page 389 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 389
Seçilmiş əsərləri

Con. Əgər azad məhəbbəti həzz sayırsansa, səhv
eləyirsən. İnan mənə, o barədə deyilənlər həddən artıq
şişirdilib.

Konstans. Elə isə adamı heyrət bürüyür ki, görən,
insanlar niyə bu azadlığın üstündən xətt çəkmirlər.

Con. Mən nə dediyimi yaxşı bilirəm. Mənə inana
bilərsən. Kənar münasibətlər ailə həyatıyla müqayisədə
boş bir şeydi. Əzizim, səni əmin eləyirəm ki, bu yolun
axırı yoxdu.

Konstans. Ola bilsin, sən haqlısan, amma bilirsən,
nəyisə başqasının təcrübəsinə istinadən müəyyənləş-
dirmək çətindi. Fikrimcə, insan gərək hər şeyi öz üzə-
rində təcrübədən keçirsin.

Missis Kalver. Sən Bernardı sevirsən?
Konstans. Doğrusu, hələ müəyyənləşdirməmişəm.
Kimisə sevib-sevmədiyini necə bilmək olar?
Missis Kalver. Əzizim, mən bunu yoxlamağın yo-
lunu bilirəm. Sən onun diş fırçasından istifadə edər-
sənmi?
Konstans. Yox.
Missis Kalver. Deməli, onu sevmirsən.
Konstans. O düz on beş il mənə pərəstiş eləyib. Belə
sədaqət, təbii ki, mənim də ürəyimdə öz əksini tapma-
lıdır. Ona hansısa yolla göstərmək istəyirəm ki, məni
qədirbilməz adlandırmaq olmaz. Bilirsən, altı həftədən
sonra o, Yaponiyaya qayıdır. İndi otuz altı yaşım var və
o, mənə heyrandı. Yeddi ildən sonra qırx üç yaşım ola-
caq. Doğrudur, qadınların əksəriyyəti bu yaşda da
cazibəsini saxlayır, amma əlli beş yaşlı kişinin diqqətini
cəlb eləyə biləcək qədərində yox. Odur ki, mən belə
qərara gəldim: ya indi, ya da heç vaxt. Onun da artıq
fikrini öyrənmişəm. Soruşdum ki, son altı həftəni onunla
birlikdə İtaliyada keçirməyimə razıdımı? Razılaşdı. Hə,
Neapolda onun üzərək məndən ayrılan gəmisinin
ardınca yaylıq yelləyəndə başa düşəcək ki, bu uzunillik
təmənnasız məhəbbətə dözməyə dəyərmiş.

389
   384   385   386   387   388   389   390   391   392   393   394