Page 386 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 386
yam Somerset Moem
Konstans. Düzdü, adamı darıxdırır. Amma o, çox
ürəyəyatımlı kişidi.
Con. Yaxın adamının xörəyini yeyib, şərabını içib,
sonra da arvadıyla yatana kişi demək olar?
Konstans. Deməliyəm ki, o elə sənə oxşayıb, Con.
Con. Qətiyyən. Buynuz çıxarmaq Mortimerin alnı-
na yazılıb.
Konstans. Hamımız üçün yeganə düzgün yol hər
şeyi gizli saxlamaqdı.
Con. Görürəm, sən məni özümdən çıxarmaq niyyə-
tindəsən. Mən bu dəqiqə əlimə keçəni vurub sındıracam.
Konstans. Henri əminin bizim toyumuza hədiyyə
elədiyi bax, oradakı o güldandan başla. Sındır onu. Bu,
müasirliyin qədimlik üzərində möhtəşəm qələbəsi ola-
caq.
(Con güldanı əlinə alıb döşəməyə çırpır. Güldan çilik-çilik
olur.)
Con. Gördün?
Konstans. Nədi, yüngülləşdin?
Con. Qəti yüngülləşmədim.
Konstans. Onda çox təəssüf. Biz onu sənin xəstə-
xanadakı həmkarlarından birinin toyuna hədiyyə eləyə
bilərdik.
(Eşikağası missis Kalveri qonaq otağına ötürür.)
Bentli. Missis Kalver.
Konstans: Anacan, nə yaxşı ki, gəlib çıxdın. Səninlə
səfər öncəsi görüşməyi çox arzulayırdım.
Missis Kalver. Belə görürəm, güldanınız aşıb.
Konstans. Elə deyil. Con özündən çıxmışdı, belə
düşündü ki, nəsə sındırsa özünə gələcək.
Missis Kalver. Boş şeydi. Con həmişə özündədir.
Con. Siz də belə düşünürsünüz, missis Kalver? Bəli,
mən özümdən çıxmışdım. Mən çox çılğınam. Siz də
Konstansla dilbirsiniz?
Konstans. Yox, anamın heç nədən xəbəri yoxdu.
386