Page 384 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 384
yam Somerset Moem
Konstans. Əzizim, məncə, hər şey aydındı. Mən
altıhəftəlik məzuniyyətə gedirəm, Bernard da səmimi
qəlbdən mənə yol yoldaşı olmasını təklif edib.
Con. Bəs mən?
Konstans. Heç nə olmaz. Sən evdə qalıb öz pasient-
lərinlə məşğul olarsan.
Con (Özünü ələ almağa çalışaraq). Mən həmişə özü-
mü təmkinli insan hesab eləmişəm, indi də hisslərimə
sərbəstlik vermək niyyətində deyiləm. Mənim yerimdə
başqa kişi olsaydı, indi ayağını yerə vurub ev-eşiyi alt-
üst eləyərdi. Mən aləmi bir-birinə qatmaq fikrində de-
yiləm, amma sən bu sözlərinin məndən ötrü böyük
sürpriz olduğunu etiraf eləməlisən.
Konstans. Yalnız ilk baxışdan, əzizim. Əminəm ki,
cəmi bir neçə dəqiqədən sonra dərindən götür-qoy elə-
yib anlayacaqsan ki, mən qeyri-adi nəsə deməmişəm.
Con. İnanmıram, bu dəqiqələrə dözə biləm. Nəsə
halım yaxşı deyil, qorxuram, elə indicə infarkt olam.
Konstans. Onda yaxanı aç. Sən, doğrudan da, ya-
man pörtmüsən.
Con. Haradan bilirsən, bəlkə, sənə getməyə icazə
vermədim?
Konstans (Ürəkaçıqlığıyla). Oradan bilirəm ki, sən
mənə getməyə icazə verməyə bilməzsən.
Con. Mən sənin ciddi olduğuna, sadəcə, inana bil-
mirəm. Heç cür başa düşə bilmirəm ki, bu ideya haradan
ağlına gəldi?
Konstans. Fikirləşdim, bu dəyişiklik xeyrimə olar.
Con. Boş şeydi.
Konstans. Niyə ki, sənin xeyrinə oldu axı. Yoxsa unut-
musan? Mısmırığını sallaya-sallaya qalmışdın. Sonra
Mari-Luizayla macəran başladı və sən tamamilə dəyiş-
din. Şən, xoş bir insan oldun, enerjin aşıb-daşmağa baş-
ladı. Beləsiylə bir damın altda yaşamaqdan gözəl nə ola
bilərdi?! Hər şey göz qabağındaydı.
384