Page 380 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 380
yam Somerset Moem
Con. Amma axı sən mənim övladımın anasısan.
Konstans. Gəl işin bu tərəfini elə də qabartmayaq,
Con. Mən öz cinsimə aid olan təbii bir vəzifəni yerinə
yetirmişəm. Doğulandan sonra da ona başqaları, bu
cansıxıcı işə daha dərindən bələd olanlar baxıblar. Gəl
vicdanla etiraf eləyək ki, sənin evində mən həşərat kimi
bir şey idim. Məni itirməmək üçün rəsmən bəzi öhdə-
likləri öz üzərinə götürməyə razılaşdın ki, buna görə
sənə hədsiz dərəcədə minnətdaram. Çünki sən mənim
interyer üçün bahalı, amma hərdən əl-ayağa dolaşan bir
element olduğumu nə sözünlə, nə də hərəkətinlə üzə
vurdun.
Con. Mən heç vaxt sənin mənə mane olduğunu
düşünməmişəm. Və sənin nədən özünə həşərat deməyin
mənə çatmır. Məgər mən nə vaxtsa xərclədiyin pulların
bir pensinə görə nəsə mızıldanmışammı?
Konstans (Kinayə ilə). Doğrusu, mən elə bilirdim,
sən hər şeyin yerin-yurdun bilənsən, amma belə çıxır,
axmağın birisiymişsən. Doğrudanmı, sən dərhal orta sta-
tistik qadının tələsinə düşən orta statistik kişilər kimi
səfehsən? Yəni, bir halda ki, evlənmisən, gərək o qadının
hər istəyini yerinə yetirib, bütün təlabatlarını ödəyəsən,
eləmi? Özü də, təbii ki, öz rahatlığını, maraqlarını, məş-
ğuliyyətini qurban vermək bahasına. Həm də onun nökə-
ri və sərmayədarı olmağını özünün ən böyük xoşbəxtliyi
saymaqla, eləmi? Yetər, Con, bu mümkün olan şey deyil.
Bir halda ki, qadınlar artıq hərəmxana divarlarını söküb
qaçıblar, indi onlar üçün yeganə yol küçə qanunlarıyla
yaşamaqdı.
Con. Sən çox şeyləri mötərizə arasında saxlayırsan.
Doğrudanmı, elə fikirləşirsən ki, kişi keçmişdə sevdiyi
qadına qarşı mərhəmət hissini saxlaya bilməz?
Konstans. Elə bilirəm, kişidə mərhəmət hissi onun
nəsə qurban verəcəyi ana qədər olur.
Con. Neynək, sənin, əlbəttə ki, kişi-qadın münasi-
bətlərinə özünəməxsus baxışların var, amma hesab elə-
380