Page 376 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 376
yam Somerset Moem

(Mari-Luiza gözlərini geniş açıb gülür.)
Mari-Luiza. And iç ki, heç kimə deməyəcəksən.
Konstans. And içirəm.
Mari-Luiza. Bilirsən, əzizim, Hindistanda qiyamət
bir gənclə rastlaşdım. Qubernatorun yavəridi. O, evə
bizim bərədə qayıdırdı. O, mənə aşiqdi.
Konstans. Sən də, təbii ki, ona aşiqsən.
Mari-Luiza. Mən lap ağlımı itirmişəm. Bilmirəm,
axırı necə olacaq.
Konstans. Məncə, hər ikimiz axırını təxmin eləyə
bilərik.
Mari-Luiza. Mənim bu ehtirasım başıma bəladı. Əl-
bəttə, sən məni başa düşə bilmərsən. Çünki soyuq qa-
dınsan.
Konstans (Çox təmkinlə). Amma sən, Mari-Luiza,
abır-həyasını küçədə qoyan balaca ləçərsən.
Mari-Luiza. Yox, yox. Düzdü, eşq macəralarım olur,
amma mən hər küçədən keçənlə yatmıram.
Konstans. Əgər əsl fahişə olsaydın, sənə daha çox
hörmət eləyərdim. Çünki o, çörəyini, yağını təmin elə-
mək üçün bu işlə məşğul olur. Amma sənin hər şeyini
ərin təmin eləsə də, canını pulunu ödəyən kişiyə ver-
mirsən. Mənim təsəvvürümdə sən, sadəcə, qabanın, oğ-
runun birisisən.
Mari-Luiza (Heyrətlə, incikliklə). Konstans, sən bu
sözləri mənə necə deyə bilirsən? Amansız olma. Mən də
elə bilirdim, sən məni çox istəyirsən.
Konstans. İstəyirəm. Səni yalançının, mənasızın,
həşəratın birisi hesab eləyirəm, amma istəyirəm.
Mari-Luiza. Sən, doğrudanmı, məni bu cür görür-
sən?
Konstans. Bəli. Bununla bərabər, sənin yumşaq xa-
siyyətin var, səxavətlisən, hərdən məzəli olursan. Və
müsbətlərin etiraf eləyim ki, mənfilərini üstələyir. Ona
görə də sən məndə ikrah doğurmursan.

376
   371   372   373   374   375   376   377   378   379   380   381