Page 378 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 378
yam Somerset Moem

Konstans. Eləsinə baxanda adamın ürəyi qan ağ-
layır. Amma bilirsən, insan ağlayanda yüngülləşir.

Con. Məncə, sən həddən artıq soyuq insansan.
Amma mənə ağır təsir eləyir. Ona əzab verdiyimi özümə
bağışlaya bilmirəm.

Konstans. Əminəm, o anlayacaq ki, bu addımı mə-
nə görə atmısan. O bilir ki, sən hələ də ona ən məhrəm
hisslərlə bağlısan.

Con. Amma sən ona azca da ümid yeri qoymadın,
eləmi?

Konstans. Əmin ola bilərsən.
Con. Hər halda, sevinirəm ki, sən məzuniyyətə can
rahatlığıyla yollanırsan. Yeri gəlmişkən, sənə pul lazım
deyil ki? Lazımdısa, qəbz yazım.
Konstans. Yox, minnətdaram. Kifayət qədər pulum
var. Bir ilə min dörd yüz funt qazancım olub.
Con. Amma bu, çox iri məbləğdi.
Konstans. Özümlə iki yüzünü götürürəm, iki
yüzünü əyin-başıma, başqa şeylərə xərcləmişəm. Yerdə
qalan mini də bu səhər sənin hesabına köçürdüm. Son
on iki aydakı yeməyimi və kirayə haqqımı ödəmək üçün.
Con. Əzizim, bax, bunu nahaq eləmisən. Mən bunu
eşitmək belə istəmirəm. İstəmirəm ki, sən yeməyinə,
yatmağına pul verəsən.
Konstans. Mən fikrimdə qətiyəm.
Con. Sən daha məni sevmirsən?
Konstans. Bunun nə dəxli var? Elə bilirsən, qadın
kişini ancaq onu himayə elədiyinə görə sevə bilər? Öz
cazibəni nədən belə aşağılayırsan? Sənin o xoş siman və
yumor hissin hara qeyb oldu?
Con. Bu axı absurddu, Konstans. Mən səni lazım
olan hər şeylə təmin eləyə bilərəm. Yemək, kirayə haqqı
kimi min funt təklif eləməyin məni alçaldır.
Konstans. Bunu necə həzm eləyəcəyin sənin öz
işindi, amma udmalısan. Min funta çox şey almaq olar.

378
   373   374   375   376   377   378   379   380   381   382   383