Page 375 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 375
Seçilmiş əsərləri
Mari-Luiza. Bilirsən, Conun ürəyinə qəti toxunmaq
istəməsəm də, məsələni uzatmağa qəti həvəsim yoxdu.
İstəyirəm, sən çıxıb gedənəcən hər şeyə biryolluq son qo-
yulsun.
Konstans. Bu çox qəfil oldu. Qorxuram, Cona pis
təsir eləyə.
Mari-Luiza. Mən artıq qəti qərar qəbul eləmişəm.
Konstans. Uzun və təsirli səhnə üçün, əlbəttə ki,
vaxt yoxdu, baxım görüm, Con evdədirmi. Sən sözlərini
on dəqiqəyə yerləşdirə biləcəksən?
Mari-Luiza. Mənim üzüm gəlməz! Yaxşı olar, sən
özün ona deyəsən.
Konstans. Mən?!
Mari-Luiza. Özün onu yaxşı tanıyırsan, vəziyyətinə
uyğun söz tapıb deyə bilərsən. Sənə pərəstiş eləyən bir
kişinin üzünə ona qarşı biganə olduğunu demək nəsə
yaxşı alınmır. Bu sözləri üçüncü tərəfin dilindən eşitsə,
onun üçün daha yüngül olar.
Konstans. Sənin qərarın qətidi?
Mari-Luiza. Mən buna əminəm. Ona deyə bilərsən
ki, bundan sonra biz ancaq dost ola bilərik. Sən bizə
qarşı necə də mərhəmətli davrandın. Sənin bu inamın-
dan sui-istifadə eləmək insanlıqdan olmaz. De ki, onu
həmişə xoş hisslərlə xatırlayacam, o, ürəkdən sevdiyim
yeganə kişidi, amma artıq ayrılmalıyıq.
Konstans. Əgər o, səninlə görüşə israr eləsə necə?
Mari-Luiza. Mənası yoxdu, Konstans, mən onu gör-
mək istəmirəm. Özümü saxlaya bilməyib ağlayacam,
gözlərim dolacaq. Əzizim, məni əvəz elə, nə olar.
Konstans. Yaxşı.
Mari-Luiza. Parisdən açıq-yaşıl rəngdə ziyafət libası
almışam, sənə çox yaraşar. Onu sənə versəm, etiraz
eləməzsən? Cəmi bir dəfə geyinmişəm.
Konstans. İndi mənə Conla nədən belə tələsik əla-
qələri pozmaq niyyətinə düşməyinin əsl səbəbini açıqla.
375