Page 374 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 374
yam Somerset Moem
diyi günahı, az da olsa, yumalıdır. Əzizim, onu yüz iyir-
mi funta aldıq. “Kortye”yə aparıb özünə layiq zinət əşy-
ası düzəltdirərsən.
Konstans. Nə gözəl.
Mari-Luiza. Elə fikirləşmə ki, mən yaxşılıq itirənəm.
Konstans, səni əmin eləmək istəyirəm ki, mənimlə Con
barədə bundan sonra narahat olmaya bilərsən.
Konstans. Mən, onsuz da, narahat deyiləm.
Mari-Luiza. Bilirəm ki, özümü çox iyrənc apar-
mışam, amma ağlıma da gəlməzdi ki, sən bundan xəbər
tutacaqsan. Əgər ağlıma gəlsəydi, özün məni kifayət
qədər tanıyırsan ki, onu yaxınıma belə buraxmazdım.
Konstans. Təşəkkür eləyirəm.
Mari-Luiza. İstəyirəm, mənə bir yaxşılıq da eləyə-
sən, Konstans. Rədd eləməzsən?
Konstans. Rəfiqəmə kömək eləmək mənə xoşdu.
Mari-Luiza. Sən bizim Conu yaxşı tanıyırsan. Can-
lara dəyən kişidi, amma əgər bu işə nöqtə qoyulubsa, o
da başa düşməlidir.
Konstans. Nöqtə qoyuldu?
Mari-Luiza. Əlbəttə, mən bilirəm ki, o, yenə də əv-
vəlki kimi mənə dəlicəsinə aşiqdi. Mən bunu indicə ota-
ğa girən kimi gördüm.
Konstans. Hə, sən kişiləri ovsunlayırsan.
Mari-Luiza. Bu həyatda bəzən özünü də fikirləş-
məlisən. Amma Con başa düşməlidir ki, məsələ sənə
agah olandan sonra bizim münasibətlər daha o cür qala
bilməz.
Konstans. Mən bacardığım qədər özümü görməz-
liyə vurdum.
Mari-Luiza. Nəticədə elə alındı ki, demə, sən nə
vaxtdan bəri kənardan bizə gülürmüşsən. Deməli,
romantikadan da əsər-əlamət qalmadı. Sən məni başa
düşürsən də?
Konstans. Belə, tutqun.
374