Page 369 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 369
Seçilmiş əsərləri

Con. Bəli.
Konstans. Yadımda deyil.
Con. Əgər bilsəydim, sənə konkret vaxt ayrılmayıb,
əlbəttə ki, mən də məzuniyyətimi ikimizə də uyğun olan
vaxta...
Konstans (Sözünü kəsərək). Sənə elə gəlmirmi ki, ər-
arvad gərək məzuniyyətlərini eyni vaxta salmasın?
Məzuniyyətin məğzi dincəlmək, havanı, şəraiti dəyiş-
mək, yeni təəssüratlar qazanmaqdı. Səncə, kişi əgər
məzuniyyətə arvadıyla getsə, bunları ala biləcək?
Con. Hər şey arvaddan asılıdır.
Konstans. Mənim üçün belə cütlükləri hotelin res-
toranında görməkdən qüssəli mənzərə yoxdu. Hər ikisi
eyni stol arxasında, kişi qadınla qabaq-qənşər əyləşib,
amma bir-birlərinə deməyə sözləri yoxdu.
Con. Boş sözdü. Əksər ər-arvad şən və xoşbəxtdi.
Konstans. Hə, ola bilər, amma qadının barmağın-
dakı nişan üzüyünə baxanda adama elə gəlir ki, onu çox-
dan deyil, təzəcə taxıb.
Con. Biz həmişə yollaşmışıq. Mən sənin barmağına
nişan üzüyü taxanda da mərasimə keşiş nəzarət elə-
yirdi. Güman eləyirəm ki, mənimlə darıxmazsan.
Konstans. Əksinə, sən həmişə məni qarnım cırı-
lanacan güldürmüsən. Məsələ mənim ciddiliyimdəydi.
Qorxurdum ki, səni bezdirərəm. Ona görə də belə qərara
gəldim ki, bir neçə həftəlik ayrılıq sənin ancaq xeyrinə
olar.
Con. Zarafatından heç qalmırsan.
Konstans. Hər halda, artıq nəyisə dəyişmək gecdi.
Çamadanlar yığılıb, hamıyla sağollaşmışam. İnsanlar da
bilirsənmi, öz aləmlərində artıq səninlə bir də ay ya-
rımdan sonra görüşəcəyini yəqinləşdirib səhəri gün
qarşısında görəndə nəsə birtəhər olur.
Con. Hə... yəqin... Qulaq as, Konstans, səndən bir
şey soruşmaq istəyirəm.

369
   364   365   366   367   368   369   370   371   372   373   374