Page 368 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 368
yam Somerset Moem
Marta. Təəssüf, vaxt ayıra bilmirsən. Gərək sən də
məzuniyyət götürüb Konstansla gedəydin.
Barbara. Bu məsələdə mənim günahım yoxdu. Mən
vaxt seçimini onun ixtiyarına buraxmışdım.
Konstans. Bilirsən, mən İtaliyaya getmək istəyir-
dim, amma Con qitənin elə ölkəsinə üstünlük verir ki,
onu İngiltərədən fərqləndirmək mümkün olmasın.
Marta. Bəs Elen?
Konstans. Avqust üçün Xenlidə ev tutmuşuq.
Conun orada qolf oynamaq, çayda çimmək imkanı ola-
caq, mən də işin başsız qalmaması üçün hər gün şəhərə
gedəcəm.
Barbara. Əzizim, icazə versən, gedərdim. Ümid-
varam ki, əla istirahət eləyəcəksən. Sənin buna tam haq-
qın var. Bilirsən, Con, əgər mən Konstansı öz yanımda
işləməyə razı sala bilmişəmsə, deməli, çox ağıllı qadı-
nam. Onun tayı-bərabəri yoxdu.
Con. Mən bu ideyanı əvvəldən bəyənməmişəm.
Hələ də bu qənaətimdə qalıram.
Barbara. Sən məni hələ də heç cür bağışlaya bilmir-
sən?
Con. Konstans israr eləyirdi, odur ki, mənim sus-
maqdan başqa əlacım yox idi.
Barbara. Yaxşı yol.
Konstans (Onu öpərək). Görüşənədək, əzizim, özü-
nü çox yorma.
Marta. Mən də səninlə çıxıram, Barbara. Anam dedi
ki, o da sağollaşmaq üçün gələcək.
Konstans. Lap yaxşı. Görüşənədək.
(Konstans hər ikisini öpüb qapıya ötürür. Onlar gedir-
lər.)
Con. Konstans, mən belə başa düşdüm ki, sən
Barbaranın təcili işləri olduğu üçün məzuniyyətini indi
götürürsən.
Konstans. Məgər mən belə dedim?
368