Page 365 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 365
Seçilmiş əsərləri
sən ki, həmişəki kimi nazımı çəkməklə məşğuldu. Mə-
sələ burasındadı ki, mən öz-özümü təmin eləmək istə-
yirəm. Nə vaxt işə başlaya bilərəm?.. Nə qədər tez olsa,
yaxşıdı.
Üçüncü pərdə
Əhvalat əvvəlki məkanda cərəyan edir.
Üstündən bir il ötüb. Günün ikinci yarısıdı. Kons-
tans stol arxasında əyləşib məktub yazır. Eşikağası Bar-
bara Fosettin və Martanın gəlişini xəbər verir.
Bentli. Missis Fosett və miss Kalver.
Konstans. O-o! Əyləşin. Mən indi.
Barbara. Biz astanada rastlaşdıq.
Marta. Ayaqüstü sənə dəymək istədim. Fikirləşdim,
bəlkə, sənə nəsə köməyim lazım oldu.
Konstans. Sən çox nəzakətlisən, Marta. Amma, yə-
qin ki, köməyə ehtiyacım olmayacaq. Mən hazıram, hər
şeyimi yığmışam. Ömrümdə ilk dəfə əminəm ki, heç nə
yaddan çıxmayıb.
Barbara. Fikirləşdim ki, gəlib sənlə sağollaşım.
Konstans. Əzizim, mən arxamca qapını bağlayan
kimi iş danışmaq lazım deyil.
Barbara. Düzünə qalsa, mən elə iş üçün gəlmişəm.
Səhər mənə bir evdən sifariş gəlib, onlar İtaliya üslu-
bunda otaq istəyirlər.
Konstans. Sənin bu baxışların heç xoşuma gəlmir,
Barbara.
Barbara. Mən də fikirləşdim, bir halda ki, sən İtali-
yaya gedirsən, nədən oradakı mağazalara baş çəkib bə-
yəndiyin bir şey seçməyəsən.
Konstans. Ağlına da gətirmə. Bütün ili öküz kimi
işləmişəm, yalnız dünən axşam saat altıda iş alətlərini
bir kənara qoyub, çirkli kombinezonumu soyunub, alnı-
365