Page 370 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 370
yam Somerset Moem
Konstans. Buyur.
Con. Mari-Luizanın qayıtdığından xəbərin varmı?
Konstans. Bəli. Söz verdi ki, mən yola çıxanacan
gəlib görüşəcək. Məmnuniyyətlə onunla görüşəcəm.
Con. Onda səndən bir xahişim olacaq.
Konstans. Nə xahiş?
Con. Sən məni yaman gizlədin, xilas elədin. Mən
sənin bu mərhəmətinə həmişəlik bel bağlaya bilmərəm.
Odur ki, sənin borcundan çıxmaq istəyirəm.
Konstans. Nəsə səni başa düşə bilmirəm.
Con. Mən Mari-Luizanı Mortimer bura gəlib, necə
deyərlər, buynuz çıxardığı gündən görməmişəm. Mari-
Luiza, təxminən, bir il burada olmayıb. Yaranan şəraiti
nəzərə alaraq, əminəm ki, biz keçmiş münasibətləri bər-
pa eləyə bilmərik.
Konstans. Sən nədən bildin ki, onda belə bir həvəs
yarana bilər?
Con. Onun öz gəlişini sənə xəbər verməsi nəsə məni
narahat eləyir.
Konstans. Narahat eləyir? Bəzi qadınlar telefon
aparatını görəndə, sadəcə, özlərini saxlaya bilmirlər, te-
lefonçu qızın “nömrəni zəhmət olmasa” deməsini eşi-
dəndə isə nəsə cavab verməlidir axı. Belə güman eləyirəm
ki, Mari-Luizanın ağlına ən birinci bizim nömrə gəlib.
Con. Mari-Luizanın mənə dəlicəsinə vurulduğunu
gizlətməyin mənası yoxdu.
Konstans. Yəqin, buna görə onu nə sən, nə də mən
təqsirləndirə bilərəm.
Con. Mən daşqəlbli görünmək istəmirəm, amma
tale əgər bizim münasibətlərin üstündən xətt çəkdisə,
ümid eləyirəm, bu, həmişəlikdi.
Konstans. Sən azad insansan və istəklərinə uyğun
hərəkət eləməyə tam haqqın var.
Con. Mən özümü düşünmürəm, Konstans. Məni
Mari-Luizanın, amma etiraf eləyim ki, əsas da sənin
370