Page 372 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 372
yam Somerset Moem
Con. Qadın qəribə məxluqdu. Əgər sən onu bezdir-
dinsə, bunu azca da tərəddüd eləmədən birbaşa üzünə
vuracaq, sənin reaksiyanı qəti vecinə olmayacaq. Amma
kişi qadından bezirsə, yazıq bir göz qırpımındaca əclafa
və qorxunc məxluqa çevrilir, cəhənnəm odunda yanmaq
ona ünvanlanmış qarğışlardan ən yüngülü olur.
Konstans. Yaxşı, danışdıq, özüm əncam çəkərəm.
Con. Səndən bir dənədi. Amma onunla elə kobud
davranmayacaqsan, eləmi? İstəməzdim, onun xətrinə
dəyək. O elə xoşxasiyyət insandı. Elə deyilmi, Konstans?
Konstans. Səninlə tamamilə razıyam.
Con. Bu, onun üçün çox böyük zərbə olacaq.
Konstans. Qorxuram, bir xeyli müddət özünə gələ
bilməsin.
Con. Ona başa sal ki, Con üçün də çətin olacaq. İstə-
mirəm ki, məndən pis təəssüratla ayrılsın.
Konstans. Əlbəttə.
Con. Amma iki ayağını bir başmağa dirə ki, ayrılıq
qaçılmazdı.
Konstans. Hər şey sən istəyən kimi olacaq.
Con. Sənsiz axı mən neylərdim, Konstans. And
içirəm ki, sənin kimi arvadı çıraqla da gəzsən, tapa bil-
məzsən.
(Eşikağası Mari-Luizanın gəlişini xəbər verir.)
Bentli. Missis Darhem.
(Qadınlar mehribancasına qucaqlaşıb öpüşürlər.)
Mari-Luiza. Əzizim, səni yenidən görməyimə çox
şadam. Bu, nə gözəl gündü, nə gözəl gündü.
Konstans. Əzizim, sən çox gözəl görünürsən. Bu
sənin təzə mirvari qolbağındı?
Mari-Luiza. Qiyamətdi, elə deyilmi? Hindistanda
Mortimer mənə tayı-bərabəri olmayan zümrüdlər də
aldı. O-o, Con, necəsən?
Con. Təşəkkür edirəm, hər şey qaydasındadı.
Mari-Luiza. Son görüşümüzdən sonra kökəlmisən
ki?
372