Page 366 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 366
yam Somerset Moem

mın tərini silib, rəngli-pasaqlı əllərimi yuyub özümə gəl-
mişəm. Sən dedin ki, mən altıhəftəlik məzuniyyət götürə
bilərəm.

Barbara. Etiraf edim ki, sən bu istirahəti zəhmətinlə
qazanmısan.

Konstans. Mən qapını arxamca bağlayan kimi
zəhmətkeş ingilis fəhləsi qiyafəsindən çıxıb yenidən
ideal ingilis xanımı qiyafəsinə düşmüşəm.

Marta. Səni heç vaxt belə gözəl əhavali-ruhiyyədə
görməmişəm.

Konstans. Mən nəsə eləmişəm, nəyəsə nail olmuşam.
Və özümə söz vermişəm ki, qarşıdan gələn bu altı
həftədə vanna otaqları, divar kağızları, mətbəx əlüz-
yuyanları, mərmər döşəmələr, portyerlər, mebel üzlük-
ləri, soyuducular, daha nə bilim nələr, yuxuma da
girməyəcək.

Barbara. Bunu heç mən də istəmirəm. Sadəcə, istə-
yirəm, sən İtaliyadan rəngli mebel dəsti, bir neçə güzgü
gətirəsən.

Konstans. Yox, mən var gücümlə işləmişəm, özü də
deyim ki, işimdən həzz almışam. İndi də istirahətdən
həzz almaq istəyirəm.

Barbara. Özün bilərsən.
Marta. Konstans, əzizim, sənə sözüm var.
Konstans. Mən də elə bilirdim, sən artıq sözünü
demisən. Adətən, sən mənə heç vaxt sirr açmırsan.
Marta. Ağlına belə gəlməz ki, bu gün Bond-stritdə
kimi görmüşəm.
Konstans. Ağlıma gəlir. Mari-Luizanı.
Marta. Axı!
Konstans. Əzizim, heyif ki, səni dilxor eləməli ola-
cam. Bir saat əvvəl özü mənə zəng eləmişdi.
Marta. Amma mən elə bilirdim o, hələ bir ay da bu-
rada olmayacaq. Axı birillik getmişdi.
Konstans. Dünən axşam qayıdıb, indilərdə gəlib
çıxar.

366
   361   362   363   364   365   366   367   368   369   370   371