Page 364 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 364
yam Somerset Moem
(Pauza. Konstans fikirli-fikirli Bernarda baxır.)
Konstans (Cazibədar baxışlarla). Əgər mənə məhəb-
bət lazım olsaydı, sənin yanına gələrdim, Bernard.
Bernard. Konstans, sən ciddimi deyirsən. Doğru-
danmı, sən mənə qarşı biganə deyilsən? Ah, mənim əzi-
zim, sənin ayaqların dəyən torpağa mən baş qoyaram!
(Konstansı bağrına basıb ehtirasla öpüşlərə qərq edir.)
Konstans. (Bernardın qolları arasından çıxaraq).
Əzizim, tələsmə. Conun məni yedirib-içirdiyi bir vaxtda
ona xəyanət etsəm, özümü bağışlamaram.
Bernard. Bəs əgər məni sevirsənsə, onda necə?
Konstans. Mən demədim ki, səni sevirəm. Amma
əgər sevsəm belə, nə qədər ki, Con məni lazım olanlarla
təmin eləyir, ona olan sədaqətimi qoruyub-saxlayacam.
Bütün məsələ maddiyyatdı. O, məni satın alıb və əgər
mən onun pulunu ödədiyi malla ürəyim istəyən kimi
rəftar eləsəm, özümü fahişədən də aşağı məxluq sa-
yaram.
Bernard. Amma ümidim qalır, eləmi?
Konstans. İndi sən yalnız biz Reynlafa çatanacan
oyunun qurtarmayacağına ümid eləyə bilərsən.
Bernard. İstənilən halda sən ora getmək istəyirsən,
eləmi?
Konstans. Bəli.
Bernard. Çox yaxşı. (Bütün ehtirasıyla). Mən səni
sevirəm.
Konstans. Onda aşağı düş, mühərriki işə sal, radia-
tora yağ tök, nə bilim, nə lazımdı elə. Mən bir dəqiqədən
sonra yanındayam. Zəng eləməliyəm.
Bernard. Oldu.
(Bernard gedir. Konstans telefon dəstəyini əlinə alır.)
Konstans. Meyflauer 2646... Barbara sənsən? Kons-
tansdı. Ay yarım əvvəl mənə elədiyin təklif... qüvvəsin-
də qalırmı? Neynək, mən onu qəbul eləməyə razıyam...
Yox, yox, heç nə baş verməyib. Con lap əladı. Özün bilir-
364