Page 379 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 379
Seçilmiş əsərləri

Con. Mən o pulu istəmirəm. Sənin işləmək istəyini
mən heç vaxt bəyənməmişəm. Elə hesab eləmişəm ki, ev
işləri sənin üçün kifayətdir.

Konstans. Mən işləməyə başlayandan məgər sənin
üçün nəsə narahatlıq yaranıb?

Con. Elə də yox.
Konstans. İnan mənə, yalnız heç bir işi olmayan
qadınlar ev işlərinin onların bütün gücünü və vaxtını
aldığından gileylənirlər. Əgər sən nə istədiyini bilir-
sənsə, təcrübəli qulluqçuların varsa, bütün işləri cəmi
onca dəqiqədə eləmək olar.
Con. İstənilən halda, sən işləmək istədin, mən də
buna qarşı çıxmadım. Fikirləşdim, vaxtın xoş keçər,
amma, əlbəttə, bundan qazanc götürəcəyimi ağlıma da
gətirməmişəm.
Konstans. Bilirəm, ağlına da gətirməmisən.
Con. Konstans, mənim bir an belə başımdan çıxmır
ki, sənin bu qətiyyətin Mari-Luiza ilə aramızda olan ha-
disəylə əlaqəlidir.
(Pauza. Sonra Konstans xeyli ciddiləşir.)
Konstans. Con, Mari-Luizayla arandakı eşq macə-
rasına görə səni tənbeh eləməməyim təəccüblü deyildi-
mi?
Con. Təəccüblüydü. Səbəbi ancaq sənin müqayisə-
olunmaz dərəcədə böyük mərhəmətində axtarırdım.
Konstans. Sən səhvsən. Mən hesab eləmirdim ki,
səni tənbeh eləməyə haqqım çatır.
Con. Niyə axı, Konstans? Sənin tam haqqın var idi.
O da, mən də özümüzü heyvan kimi aparmışdıq. Bəli,
mən murdar köpəyəm, amma, şükür ki, murdar köpək
olduğumu özüm də bilirəm.
Konstans. Sənin mənə həvəsin sönmüşdü. Buna
görə səni necə tənbeh eləyə bilərdim? Əgər bədənin
məni istəmirdisə, sənin qarşını necə kəsə bilərdim?
Özün də görürsən ki, mən səliqə-sahmanı yerində olan
bu evə də sən deyən diqqət ayırmıram.

379
   374   375   376   377   378   379   380   381   382   383   384