Page 382 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 382
yam Somerset Moem

Konstans. Elə şey yoxdu. Vicdanıma and olsun.
Ürəyimin içinə baxanda orada ancaq sənə qarşı məhrəm,
isti hisslər görürəm. Yoxsa sən mənə inanmırsan?

(O, bir müddət lal-dinməz Konstansa baxır. Conun
baxışlarında təəccüb var.)

Con. Qəribə də olsa, inanıram, Konstans, sən mö-
cüzə qadınsan.

Konstans. Bilirəm, amma sən başqalarına bunu de-
mə. Yaxın adamı tərifləmək heç də yaxşı şey deyil.

Con (Valehedici təbəssümlə). Heyif ki, mən sənə
qoşulub gələ bilmədim. Sənin tək yola çıxmağın heç
yaxşı olmadı.

Konstans. Yox, mən tək getmirəm. Məgər sənə de-
məmişəm.

Con. Yox.
Konstans. Hə, onda yadımdan çıxıb. Mən Bernardla
gedirəm.
Con. Hə? Yox, mənə deməmisən. Başqa kim gedir?
Konstans. Başqa heç kim.
Con. Amma axı! (O, bu xəbərdən açıq-aşkar sarsılıb.)
Nəsə bu, gözlənilməz oldu.
Konstans. Niyə axı, burda nə var ki?
Con. (Hiss olunur, əməlli-başlı karıxıb). Bilirsən, gənc
bir qadının hansısa bir kişiylə – hər halda, atası deyil –
altıhəftəliyə harasa getməsi qəbulolunmazdı.
Konstans. Doğrudan ha, Bernard səndən bir az
böyükdü.
Con. Şayiələrdən qorxmursan?
Konstans. Əzizim, mən bunu bütün dünyaya elan
eləməyə hazırlaşmıram. Üstəlik, mən burada kiməsə
nəsə deməmişəm. Sən birincisən. Sənin bu xəbəri kimin-
ləsə bölüşməyəcəyinə arxayın ola bilərəmmi?
(Con qəflətən hiss eləyir ki, köynəyinin yaxalığı boğazını
sıxır. Barmaqlarıyla onu açmaq istəyir.)
Con. Səni, yəqin ki, kimsə görəcək, sonra söz-söhbət
başlanacaq.

382
   377   378   379   380   381   382   383   384   385   386   387