Page 387 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 387
Seçilmiş əsərləri

Con. Nəsə bir şey eləyin, onu saxlayın. Siz axı ona
təsir eləyə bilərsiniz. Başa düşməlisiniz ki, onun bu qə-
rarı ağılsızlıqdı.

Missis Kalver. Əzizim, sənin nə demək istədiyin
mənə çatmır.

Con. Konstans Bernard Kersalla İtaliyaya səfərə
hazırlaşır. İkilikdə.

Missis Kalver (Heyrətlə). Bu ola bilməz. Sənə kim
dedi?

Con. İndicə Konstans özü dedi. Yeri gəlmişkən, elə
səslə danışırdı ki, elə bil söhbət havanın isti-soyuq-
luğundan gedirdi.

Missis Kalver. Doğrudanmı, belədi, Konstans?
Konstans. Heç bir doğru bu qədər doğru ola bil-
məz.
Missis Kalver. Məgər Conla yola getmirsiniz? Mən
həmişə elə bilmişəm, sizin aranızdan su da keçmir.
Con. Mən də. Biz heç vaxt dalaşmamışıq, sözümüz
həmişə üst-üstə düşüb.
Missis Kalver. Əzizim, sən daha Conu sevmirsən?
Konstans. Əlbəttə, sevirəm.
Con. Qadının kişiyə qarşı eləyə biləcəyi ən alçaldıcı
hərəkətə yol verdiyin halda, hansı üzlə məni sevdiyini
bəyan eləyirsən?
Konstans. Gicləmə, Con. Düz bir il əvvəl sən də
eynən bu şəkildə məni alçaltmısan.
Con (Nəhayət, məsələnin nə yerdə olduğunu anlayaraq
Konstansa yaxınlaşır). Deməli, sən Mari-Luizaya görə
haqq-hesabı mənimlə bu cür çürüdürsən?
Konstans. Sən, doğrudan da, axmaqsan, Con. Belə
fikir mənim ağlıma da gəlməyib.
Missis Kalver. O haqq-hesab tamam başqaydı. Con,
təbii ki, düz hərəkət eləməmişdi, ona görə də həm özü
üzr istədi, həm də cəzasını aldı. Əlbəttə, onun bu hərə-
kəti bizə başağrısı oldu. Amma kişiyə kişi deyiblər, on-

387
   382   383   384   385   386   387   388   389   390   391   392