Page 392 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 392
yam Somerset Moem
Con. Neyləmək olar?
Konstans. Həm də İtaliya Conun bəyəndiyi ölkə
deyil.
Bernard. Deməli, sən İtaliyaya gedirsən? Elə bil
ağzından İspaniya çıxmışdı axı?
Konstans. Yox, söhbət həmişə İtaliyadan gedib.
Bernard. Doğrudan da, sənin üçün heç yaxşı olma-
dı, Con. Özü də Komo gölünün yaxınlığında əla qolf
meydançası var.
Con. Doğrudan?
Bernard. İyulun sonunda təsadüfən Neapolda ol-
mayacaqsan?
Konstans. Bilmirəm. Hələ planlarımı müəyyənləş-
dirməmişəm.
Bernard. Ona görə soruşuram ki, mənim üzəcəyim
bərə Neapoldan tərpənəcək. Orada görüşsəydik, yaxşı
olardı.
Con. Çox yaxşı olardı.
Konstans. Ümid eləyirəm, mənim yoxluğumda sən
Conla tez-tez görüşəcəksən. Qorxuram, yazıq mənsiz
çox darıxa. Niyə gələn həftə birlikdə nahar eləməyə-
siniz?
Bernard. Çox təəssüf. Axı mən də yola çıxıram.
Konstans. Doğrudan? Deyəsən, sən Yaponiyaya
gedənəcən Londonda qalmaq niyyətindəydin.
Bernard. Mən də istəyirdim. Amma həkimim mənə
müalicəvi suyu olan bir yeri məsləhət bildi.
Con. Sən nədən müalicə olunmalısan ki?
Bernard. Elə bir xüsusi xəstəlik yoxdu. O, mənə
gümrahlıq kursu keçməyi məsləhət bildi.
Con. Eləmi? Sənin həkiminin adı nədi?
Bernard. Sən onu tanımırsan. Biz birlikdə döyüş-
müşük.
Con. Aydındı.
Bernard. Hə, ona görə də təəssüf ki, səninlə xudaha-
fizləşməliyəm. Əlbəttə, Avropaya, kim bilir, bir də neçə
392