Page 385 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 385
Seçilmiş əsərləri
Con. Kişiylə qadın bir deyil.
Konstans. Sən bunun fəsadları haqqında düşü-
nürsən? Amma yadda saxla ki, Viktorianlıq dövrü keç-
mişdə qaldı.
Con. Məni narahat eləyən başqa şeydi. Ər arvada
xəyanət eləyəndə hamının qadına rəhmi gəlir, tərsinə
olanda kişi gülüş hədəfinə çevrilir.
Konstans. Camaatın təsəvvüründə belədi. Ağlı-
başında olan adam gərək belə şeyi eyninə də almasın.
Con. İstəyirsən, mən əlimi qoynuma qoyub yad bir
kişinin arvadımı məndən necə oğurladığına tamaşa elə-
yim? Bəlkə, məndən əlini sıxıb ona yaxşı yol arzulama-
ğımı xahiş eləyəsən?
Konstans. Elə bunu deməyə hazırlaşırdım. O, sə-
ninlə sağollaşmaq üçün indilərdə gələcək.
Con. Mən onun əngini əzəcəm.
Konstans. Məsləhət görməzdim. O, möhkəm kişidi,
həm də məndə belə təsəvvür var ki, solaxay zərbəsi çox
tutarlıdır.
Con. Elə isə mən ürəyimdə olanların hamısını onun
üzünə boşaltmaqla yüngülləşərəm.
Konstans. Yaxşı görək. Yoxsa sən Mari-Luizayla nə
hoqqalardan çıxdığını unutmusan? Biz ən yaxın rəfi-
qəydik. O, mənlə məsləhətləşmədən başına şlyapa da al-
mazdı.
Con. Mənim damarlarımdan axan su deyil, qandı.
Konstans. Hal-hazırda məni yalnız sənin başının
içindəki o boz şey maraqlandırır.
Con. O, səni sevir?
Konstans. Dəli kimi. Guya, özün bilmirsən?
Con. Mən? Haradan bilim?
Konstans. Bu axırıncı ilini o, elə buralarda keçirib.
Olmaya elə bilirdin, bura səni görməyə gəlir?
Con. Mən ona fikir vermirdim. O, mənə darıxdırıcı
görünürdü.
385