Page 400 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 400
yam Somerset Moem
Nökər. Bəli, miledi.
Ledi Mereston. Dalınca adam göndərib xəbər
eləyin ki, onu gözləyirəm.
Nökər. Bağışlayın, miledi, amma o cənab xahiş
eləyib ki, onu narahat eləməsinlər.
Ledi Mereston. Dəlixana! Cənab Foulds mənim
qardaşımdı. Bu dəqiqə onun dalınca gedin.
Nökər. Vestibüldə onun kamerdineri dayanıb,
bəlkə, xanım özü onunla danışa?
Ledi Mereston. Cənab Fouldsun qəbulu nazir
qəbulu kimi bir şeydi, ora düşmək müşkül məsələdi.
Onun nökərini çağırın.
Nökər. Baş üstə, miledi.
(Nökər çıxır və az sonra cənab Fouldsun adamı Tompson
peyda olur.)
Tompson. Xanım məni görmək istəyirdi?
Ledi Mereston. Axşamın xeyir, Tompson. Ümid-
varam ki, yolda problem-zad yaranmayıb.
Tompson. Əlbəttə, miledi. Cənab Fouldsun evinə
gedən yolda heç vaxt problem olmur.
Ledi Mereston. Dənizdə dalğa-zad da olmur?
Tompson. Olmur, miledi. Əgər dəniz cızığından
çıxsa, cənab Foulds onun dalğalarını da cəzalandırar.
Ledi Mereston. Cənab Foldsa çatdırın ki, onu tez
görmək istəyirəm.
Tompson (Saata baxa-baxa). Üzr istəyirəm, miledi,
amma cənab Foulds xahiş eləyib ki, onu saat ona qədər
narahat eləməsinlər. İndi beş dəqiqə işləyib, mən onun
əmrini poza bilmərəm.
Ledi Mereston. Axı o, nə işlə məşğuldu?
Tompson. Təsəvvürüm belə yoxdu, miledi.
Ledi Mereston. Siz çoxdan cənab Fouldsun yanında
işləyirsiniz?
400