Page 409 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 409
Seçilmiş əsərləri

Foulds (Onun əlindən tutaraq). Baş nazir vəzifəsi
sənin lap boyuna biçilib.

Ledi Mereston. Əziz Paradayn, yatmazdan əvvəl
gəl bir az eyvanda gəzişək.

Foulds. Sən də nəvazişlə bütün son qeybətləri mə-
nim qulağıma de gəlsin.

(Foulds ona şalını çiyninə atmağa kömək eləyir.)
Ledi Frederik. Admiral, sizinlə danışmaq olarmı?
Admiral. Əlbəttə. Nə qulluq eləyə bilərəm?
(Ledi Frederik və Admiral söhbət etdiyi müddətdə o
birilər yavaş-yavaş dağılışırlar. Söhbət zamanı Ledi Frederik
irland aksentindən istifadə eləyir.)
Ledi Frederik. Kefiniz yaxşıdırmı?
Admiral. Tamamilə.
Ledi Frederik. Çox şadam. Çünki sizə nikah
təklifiylə müraciət etmək istəyirəm.
Admiral. Əzizim, siz məni yaman yerdə yaxaladı-
nız.
Ledi Frederik (Gülərək). Öz adımdan yox.
Admiral. Aha, aydındı.
Ledi Frederik. Məsələ burasındadı ki, mənim qar-
daşım Cerald sizin qızınıza evlənmək təklifi eləyib, o da
razılaşıb.
Admiral. Ledi Frederik, Rouz, olsa-olsa, hələ dəcəl
qızcığazın birisidi. Ərə getmək onun üçün hələ tezdi.
Ledi Frederik. Gəl ehtirasları daha da coşdurma-
yaq, hər şeyi təmkinlə müzakirə eləyək.
Admiral. Bu barədə eşitmək belə istəmirəm. O
cavan oğlan lütün birisidi.
Ledi Frederik. Xoşbəxtlikdən, əvəzində, siz varlı-
sınız.
Admiral. Necə?
Ledi Frederik. Siz deyirdiniz ki, İrlandiyada torpaq
almaq heç də pis olmazdı. Orada Ceraldın evindən yax-
şısını tapa bilməzsən: özülü çox möhkəmdi, çınqıllıdır.
Yelizavetinsk memarlığı üslubu sizi lap heyran edəcək.

409
   404   405   406   407   408   409   410   411   412   413   414