Page 355 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 355
Seçilmiş əsərləri
Konstans. Bəsdi görək. Sən ki ağlı-başı yerində olan
adamsan. Doğrudanmı, elə bilirdin ki, mən bütün bu
illərimi cavabsız ehtirasıma həsr eləməyə hazıram? Han-
sı ki, uzağı, bunun qarşılığında yalnız dostluq və
doğmalıq qazanacam? Məgər bilmirsən ki, böyründə
özünün sevmədiyin bir qadının sənin sevdiyini hiss
eləməkdən əzablı bir şey yoxdu?
Con. Sənlə əzab yanaşı dayana bilməz, Konstans.
Konstans (Hava öpüşü göndərərək). Doğrudanmı, sən
bizim necə xoşbəxt həyat sürdüyümüzü hiss eləmirsən?
Biz Tanrının sevimliləriyik. Mən sənin mənə hədiyyə et-
diyin o beşillik xoşbəxtliyi ömrümün sonunacan unut-
maram. Mən dəlicəsinə sənə aşiq idim və ömrümün
sonunacan bu hiss mənlə olacaq. Sən mənim kimi sev-
mirdin. Bizim bu məhəbbət nə səndən, nə də məndən
ötrü yükə çevrildi. O yük birdən-birə boşaldı. Odur ki,
səndə də, məndə də nə bir mübahisə, nə bir iddia
yarandı, bəzən birində yenicə başlayan, o birində çoxdan
olan hirs-hikkə ikimizdə də olmadı, qarşılıqlı ittihamlar
və sair kimi ağrılı şeylər olmadı. Bizim məhəbbət bilir-
sən, nəyi xatırladır? Eyni vaxtda hər iki tərəfdən dəqiq-
liklə doldurulmuş krossvordu. Bax, elə buna görə də
hamı bizi xoşbəxt sayırdı, bizi ideal cütlük hesab elə-
yirdi.
Marta. Demək istəyirsən ki, sən Conun Mari-Lui-
zayla sevişdiyini biləndə heç nə hiss eləmədin, eləmi?
Konstans. İnsan təbiətən mükəmməl məxluq deyil.
Etiraf eləyim ki, ilk əvvəl əsəbiləşdim, amma yalnız ilk
əvvəl. Sonra qərara aldım ki, Cona görə əsəbiləşmək
ağılsızlıqdı. Çünki başqası heç də ondan artıq deyil.
Həm də axı mən elə də əzazil insan deyiləm, Cona ən
isti hisslər bəsləyən, onun xoşbəxt olmasını arzulayan
birisiyəm. Və əgər o, öz hisslərinə güc gəlmək istəyirsə,
qıraq-bucaqda kimisə gözaltı eləyibsə... Mən düzmü
izhar eləyirəm, Con?
355