Page 350 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 350
yam Somerset Moem

Konstans. Son üç ayda Marta özünü səbir mücəs-
səməsi kimi aparıb, Con. Elə bilirəm, indi ürəyini boşalt-
mağa tam haqqı var.

Con. Əgər o susa bilmək xəstəliyindən əzab çəkirsə,
ünvanı səhv salıb. Qoy psixoanalitikə müraciət eləsin.

Marta. Mən yalnız bir şey deyəcəm, Con. Əgər məni
dinləsən, şad olaram. (Konstansa) Başa düşmürəm, nə-
dən sən o iyrənc qadının zibilinin üstünü örtürsən? Belə
qənaətə gəlirəm ki, səbəb yalnız daha böyük qalmaqal-
dan qaçmaq...

Missis Kalveri (Sözünü kəsərək). Əzizim, sözünə
davam eləməzdən öncə icazə ver bir kəlmə də mən de-
yim. (Konstansa). Mənim əziz balam, yalvarıram sənə,
tələsik qərar qəbul eləmə. Biz hər şeyi yaxşıca götür-qoy
eləməliyik. Ən əvvəl Conu dinləməliyik.

Marta. Axı o, nə deyə bilər?
Konstans (İstehzayla). Doğrudan da, nə deyə bilər?
Con. Öz bəraətim üçün heç nə. Mən ailə həyatının
nə olduğunu kifayət qədər yaxşı bilirəm...
Konstans (Gülərək sözünü kəsib). Başqalarının ailə
həyatını, bizim yox.
Con (Davam eləyərək). Başa düşürəm ki, bu vəziy-
yətdən heç müqəddəs Qavriil də baş aça bilməzdi.
Konstans. Amma mənə elə gəlir ki, müqəddəs Qav-
riil heç vaxt bu vəziyyətə düşməzdi.
Con. Mən sənin təyin edəcəyin bütün cəzaları çək-
məyə hazıram.
Konstans. (İstehzayla). Heç bir kişi bundan yaxşı söz
tapa bilməzdi.
Con. Sənin məni yıxıb sürüyəcəyini gözləyirəm,
Konstans. Buna tam haqqın var. Mən hər şeyə dözərəm.
Lap həyatımı cəhənnəmə döndər. Mən buna layiqəm.
Saçımdan tutub məni otaq boyu sürü. Sifətimə tüpür.
Məni təpiklə. Qarşında dizin-dizin sürünəcəm. Torpaq
yeyəcəm. Mənim bir adım var – çirkab. Çirkab!

350
   345   346   347   348   349   350   351   352   353   354   355