Page 345 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 345
Seçilmiş əsərləri
Mari-Luiza. Bütün bu illər boyu mən səni necə də
sevmişəm, heç vaxt heç kim səni mənim qədər sev-
məyib. Bu, mənə qarşı qəddarlıqdı, qəddarlıqdı!
Mortimer. Gedək, əzizim. Sənə nə deməli oldu-
ğumu burada deyə bilmirəm.
Mari-Luiza. Yox, yox, yox!
Konstans (Yüngülcə Mortimerin çiyninə toxunur).
Morti, yaxşısı budur o, bir az burada qalsın. Sən gedən-
dən sonra onunla danışaram. Əlbəttə ki, o, çox dilxordu.
Özün də bilirsən ki, o, hər şeyi necə həssaslıqla qəbul
eləyir.
Mortimer. Biz doqquza iyirmi beş dəqiqə işləmiş
Vankuverslərdə şam yeməyində olmalıyıq.
Konstans. Sənə söz verirəm ki, əynini dəyişmək
üçün o, doqquzun yarısında evdə olacaq.
Mortimer. O, mənə daha bir şans verəcəkmi?
Konstans. Əlbəttə, əlbəttə.
Mortimer. Onun yolunda mən hər şeyə hazıram.
(Konstans barmağını dodağına aparıb sonra qoluna işarə
eləyir. Mortimer bu işarəni dərhal anlaya bilmir, məsələ ona
çatanda sevincək başını tərpədir). Sən dünyanın ən ağıllı
qadınısan. (Gedərkən dayanıb əlini Cona uzadır.) Dost, sən
mənə əlini verəcəksənmi? Mən bir qələtdi elədim, amma
qələtimi etiraf eləməyə də kişiliyim çatdı.
Con (Ürəklə). Əlbəttə, dost. Səninlə razıyam, əlbəttə,
arvadının yastığı altında portsiqarı kim tapsa, şübhə-
lənər. Əgər bilsəydim, Konstans belə bahalı hədiyyəni
başqa yerdə qoya bilər, ömrümdə ona bu portsiqarı ver-
məzdim.
Mortimer. Çiynimdən nə boyda yük boşaldığını
təsəvvürünə belə gətirə bilmərsən. Bura mən iki yüz yaş-
lı qoca kimi gəlmişdim, buradan həyatının bütün sevinc-
ləri hələ qarşıda olan iki yaşlı körpə kimi gedəcəm.
(Çıxır. Mortimerin ardınca qapı örtülən kimi qonaq ota-
ğında bayaqdan hökm sürən ab-hava dəyişir. Gərginlik yerini
yüngüllüyə verir.)
345