Page 344 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 344
yam Somerset Moem

məsin. Sən artıq o qədər çox söz demisən ki, hər şeyi so-
nuna çatdırmağa, sadəcə borclusan. Mən hər şeyi tam
çılpaqlığıyla bilmək istəyirəm.

(Pauza. Mortimer özünü tamam itirmiş halda, gah as-
tadan ağlayan Mari-Luizaya, gah da Konstansa baxır.)

Mortimer. Deyəsən, mən özümü tamam biabır elə-
dim.

Konstans. Görünür, həqiqətən də, belədi.
Mortimer. Çox təəssüf eləyirəm, Konstans, məni
bağışla.
Konstans. Məndən narahat olma. Sən məni qəd-
darcasına alçaltdın. İçimə Cona qarşı şübhə toxumu sal-
dın, hansı ki, heç vaxt...
(Söz axtarır.)
Missis Kalver (Kömək eləyir). Cücərməli deyil.
Konstans. Kök atmalı deyil. Mən birtəhər keçi-
nərəm. Sən Mari-Luizadan üzr istəməlisən.
Mortimer (Yaltaqlıqla). Mari-Luiza.
Mari-Luiza. Toxunma mənə! Yaxın gəlmə!
Mortimer (Kədərli baxışlarla Konstansa). Qısqanclığın
insanı nə hala saldığını sən də bilirsən axı.
Konstans. Mən haradan bilirəm? Məncə, bu ən bö-
yük, ən bağışlanılmaz günahdı.
Mortimer (Mari-Luizaya). Mari-Luiza mən baş ve-
rənlərdən elə təəssüflənirəm ki... Sən mənim güna-
hımdan keçəcəksən?
Mari-Luiza. Sən bütün dostlarımın gözü qarşısında
məni alçaltdın. Konstansı necə istədiyimi özün yaxşı
bilirsən. Sən kimi istəsən, mənə məşuq çıxara bilərdin,
bircə Condan başqa!
Konstans. Bircə ən yaxın rəfiqənin ərindən başqa.
Südsatan, pəncərəsilən, kimi gəldi, deyə bilərdin, bircə
ən yaxın rəfiqənin ərindən başqa.
Mortimer. Mən lap heyvanam. Özüm də bilmirəm,
nədən belə oldu. Mən bu hərəkətləri qeyri-ixtiyari elə-
dim.

344
   339   340   341   342   343   344   345   346   347   348   349