Page 348 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 348
yam Somerset Moem
Konstans. Fikrimcə, bütün kişilər ucdantutma bir
şeyi bilir ki, əgər zərif qadın qəlbinə yara vurubsa, onu
sağaltmağın yeganə dərmanı zərgərdən bahalı ziynət əş-
yası almaqdı.
Mari-Luiza. Həmin qolbağını bu axşam şam yemə-
yinə taxmaq üçün evə gətirmək necə, ağlına gələcəkmi?
Konstans. Əzizim, axmaq olma, bircə o qolbağıyla
sakitləşmə. Yadda saxla ki, Mortimer səni dəhşətli şə-
kildə təhqir eləyib, heç bir kişinin deməyə cəsarət eləmə-
diyi bir ittihamı hamının gözü qabağında sənə qarşı irəli
sürüb, ona olan məhəbbətini tapdaq altına salıb, ona
olan inamını tamamilə qırıb.
Mari-Luiza. Sən necə də haqlısan, Konstans.
Konstans. Yəqin, özünü necə aparmalı olduğunu
sənə öyrətməyim artıqdı. Onunla danışmaqdan imtina
elə, öz müdafiəsi üçün ağzından bircə kəlmə söz çıxar-
mağa aman vermə. Necə əzazil olduğunu ona anlatmaq
üçün ağla, amma həddini aşma, sonra gözlərinin altı
şişər. De ki, onu tərk eləyirsən və hönkürə-hönkürə qa-
pıya sarı yeri, amma o qədər də yeyin addımlarla yox ki,
sən qapını açanacan gəlib çata bilsin. Eyni sözü deyə-
deyə dur. Bu, kişiləri hövsələdən çıxarar. Əgər o, nəsə
desə, fikir vermə, öz işində ol. Nəhayət, elə ki, onu son
həddə çatdırdın, başı şişməyə başladı, canından tər su
kimi axdı, nə elədiyini başa düşdü, bax, onda yumşal.
Səbəb də bu olsun ki, bəs təbiətən çox xeyirxah, kin
saxlamayan olduğundan ürək qırmamaq üçün o mirvari
qolbağını ondan alırsan. Bəli, o qolbağını qəbul eləmir-
sən, yalnız ürək qırmamaq üçün alırsan. Hansına ki, o
bədbəxt elə indicə on min funt sayıb.
Mari-Luiza (Özündən razı halda). On iki min, əzizim.
Konstans. Özü də təşəkkür eləmə. Özünü aşağı-
lama. Onun hədiyyəsini almaqla göstərdiyin mərhəmətə
görə qoy o, sənə təşükkür eləsin. Sən maşınlasan?
Mari-Luiza. Yox, elə haldaydım ki, taksiylə gələsi
oldum.
348