Page 347 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 347
Seçilmiş əsərləri
Mari-Luiza (Dəhşət içində). Sən hər şeyi bilirdin?
Konstans. Bəs necə, əzizim. Bu son altı ayı bütün
bacarığımı işə salmışdım ki, dostlar, doğmalar sizin bu
dəhşətli sirrinizi mənimlə bölüşməsinlər. Bu, mənə elə
də asan başa gəlmədi. Anam həyatın hər cikinə-bikinə
bələdliyi, Marta dəlilik dərəcəsində olan həqiqətpə-
rəstliyi, Barbara susqun təəssüfüylə günümü qara
eləmişdi. Amma bu günə, yəni gizlin aşkar olana qədər
mən, əgər loru dillə desəm, başıma qaxınc ediləcək bü-
tün dəlilləri istehzayla qarşılayırdım.
Mari-Luiza. Niyə, niyə axı? Bu ki insanlıqdan deyil.
Niyə sən nəsə eləmədin?
Konstans. Bax bu, əzizim, öz işimdi.
Mari-Luiza (Məsələnin nə yerdə olduğunu bilən insan
kimi). Hə, anlayıram.
Konstans (Kifayət qədər kəskin tərzdə). Yox, anlamır-
san. Mən Cona olan sədaqətimi ömrüm boyu qorumuşam.
Və sizin bu eşqbazlığınıza dözməyim də özümünkünü
gizlətmək üçün olmayıb.
Mari-Luiza. (Halı özündə deyil). Həmişə elə bilmişəm
ki, sən ürəyində mənə gülürsən.
Konstans. (Ürəkaçıqlığıyla). Əzizim, bu qədər vaxtı
sənə mane olmadığıma görə istəməzdim ki, mənə acığın
tutsun.
Mvari-Luiza. Mənim başım fırlanır.
Konstans. Belə gözəl başa fırlanmaq olmaz. Niyə
axı uzanmayasan? Axı sən Vankuverslərin verdiyi şam
yeməyində yaxşı görünməlisən.
Mari-Luiza. Maraqlıdır, görəsən, Mortimer indi
haradadı?
Konstans. Yadındamı, bu günlərdə mənə mirvari
qolbağını göstərib dedin ki, Mortimerin fikrincə, bu çox
bahalı şeydi. Bax belə, indi Mortimer onu sənə almaq
üçün “Kartye”yə gedib.
Mari-Luiza (Dərhal özünə gəlir). O-o, Konstans, sən
belə güman eləyirsən?
347