Page 349 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 349
Seçilmiş əsərləri
Konstans. Con, Mari-Luizanı taksiyə ötür.
Mari-Luiza. Yox, Con lazım deyil. Mən istəmirəm.
Mən axı nə qədər də olmasa, abır-həyamı gözləməliyəm.
Konstans. Eləmi? Yaxşı, səni Bernard ötürər.
Bernard. Məmnuniyyətlə.
Konstans (Bernarda). Tez qayıdacaqsan, eləmi?
Bernard. Bəs necə.
Mari-Luiza (Konstansı öpərək). Bu, məndən ötrü yax-
şı dərs oldu. Mən axmaq deyiləm, Konstans. Hər bir dərs
xeyrimədi.
Konstans. Ümid edirəm ki, daha, ən azı ehtiyatını
əldən verməzsən.
(Mari-Luiza, ardınca da Bernard Kersal çıxır.)
Con. Sən Mari-Luizanın ərinə nə dediyini haradan
bildin? Bizdəki şam yeməyini soruşuram.
Konstans. Mari-Luiza çox bic qadındı, əgər yalanın
köhnəsi işə yarayırsa, təzəsini düzüb qoşan deyil.
Con. Əgər Mortimer Bentlinin dindirilməsinə israr
eləsəydi, işlər şuluq olardı.
Konstans. Mən bilirdim ki, o israr eləməyəcək.
Centlmenə yaraşmayan hərəkəti yalnız centlmenlər elə-
yə bilərlər. Özü də tərəddüdsüz. Mortimer hələ bu mər-
təbəyə qalxmayıb. Ona görə də həddən artıq ehtiyatlıdır.
Marta (Çoxmənalı tərzdə). Con, sənə elə gəlmirmi ki,
pasientlərinin səni gözləməkdən gözləri saraldı?
Con. Qoy saralsın. Dəqiqələr ötdükcə əsəbləri gə-
rilir, odur ki, onlara iki yüz əlli funta başa gələcək əmə-
liyyatı məsləhət görəndə imtina eləməyə halları olmur.
Marta (Dodaqlarını büzərək). Çətin ki, sən mənim
Konstansa deyəcəklərimi eşitmək istəyəsən.
Con. Məhz sənin məni ən qara rənglərlə təsvir elə-
mək həvəsində olduğunu bildiyimdən dişimi-dişimə
tutmalı olsam da, məsuliyyət hissim diqtə eləyir ki, de-
diklərini öz qulağımla eşidim.
349