Page 353 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 353
Seçilmiş əsərləri

Konstans. Doğrusu, elə düşündüm ki, bu, mənim
vecimə olmamalıdır.

Marta (Təəccüblə). Məgər sən onun arvadı deyilsən?
Konstans. Conla mən xoşbəxt insanlarıq. Biz ideal
cütlük olmuşuq.
Marta. Sən necə belə danışa bilərsən?
Konstans. Biz beş il bir-birimizdən ötrü əldən get-
mişik. Heç bir ailədə məhəbbət bu qədər tab gətirə bil-
məz. Bəli, bizim bal ayımız düz beş il çəkdi, sonra isə
taleyin bizə daha bir hədiyyəsi oldu – bu məhəbbət hissi
hər ikimizi eyni vaxtda tərk etdi.
Con. Mən etiraz eləyirəm, Konstans. Sənə olan
məhəbbətim məni heç vaxt tərk etməyib.
Konstans. Mən başqa söz demək istəyirəm, əzizim.
Sənin məhəbbətinə mənim zərrə qədər də şübhəm yox-
du. Mənim sevgim də səngiməyib. Biz bir-birimizin ma-
raqlarını bölüşürdük, birlikdə olmağın ləzzətini yaşayırdıq,
sənin uğurların məni qürrələndirirdi, xəstələnəndə qay-
ğıyla başımın üstünü kəsdirirdin. Biz eyni zarafata gü-
lür, eyni həyəcanı yaşayırdıq. Mən məhəbbət telləriylə
bir-birinə bizim qədər bağlı olan ikinci bir cütlük tanı-
mırdım. Amma vicdanla de, son on ildə də sən məni se-
virdin?
Con. Məgər on beş il evli olan bir kişidən belə şey
gözləmək...
Konstans. Əzizim, məni sənin bəraətin maraq-
landırmır. Mən səndən sadə və aydın cavab gözləyirəm.
Con. Böyük mənada mən səni hamıdan üstün sa-
yıram. Sənin qədər bəyəndiyim ikinci bir şəxs yoxdu.
Rastıma çıxanlar arasında sən ən gözəlisən. Və mən lap
sənin yüz yaşında da, belə deməkdən yorulmayacam.
Konstans. Mənim pilləkəndən gələn addım səslə-
rimi eşidəndə ürəyin çırpınırmı? Otağa girən kimi səndə
güclü əllərinlə məni bağrına basmaq həvəsi oyanırmı?
Nəsə mən bunu hiss eləmirəm.

353
   348   349   350   351   352   353   354   355   356   357   358