Page 343 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 343
Seçilmiş əsərləri

Konstans. Con söz vermişdi ki, əməliyyatdan sonra
dalımca gələcək.

Mortimer. Gəldimi? Saat neçədə?
Con. Gələ bilmədim. Əməliyyat uzun çəkdi. Nadir
hallarda belə olur, kəsirsən, kəsirsən, özün də bilmirsən,
harada dayanasan. Nə dediyimi anlayırsan, eləmi, Mor-
timer?
Mortimer. Yox, anlamıram, mən haradan bilim?
Konstans. Olan budur. Sən Conla Mari-Luizaya
qarşı dəhşətli ittihamlar irəli sürdün. Məni də çox dilxor
elədin. Amma mən hər şeyi sonacan eşitməyincə təmki-
nimi pozmayacam. Öz sübutlarını ortaya qoy.
Mortimer. Sübut? Nə sübut? Bəs portsiqar? Onu
tapmaq, təbii ki, mənim üçün ikiylə ikinin cavabı kimi
aydın bir şey idi.
Konstans (Gözlərini oynadaraq). Bu, mənə də ay-
dındı, amma bəs onda cavab nədən beş oldu?
Mortimer (Yerin ayağının altından qaçdığını büruzə
verməmək üçün özünü birtəhər toparlayır). Necə olub ki,
mən belə səhv eləmişəm?!
Konstans. Bizim içimizdəkilərdən ən varlısı da səhv
eləyə bilər. Yadımdadı, Pirpont Morqan öləndə onun
artıq bir sent belə dəyəri olmayan yeddi milyon dollarlıq
aksiyaları tapıldı.
Mortimer. (Çaşqın halda). Bunun mənim üçün necə
bir sarsıntı olduğunu sən təsəvvürünə belə gətirə bil-
mərsən. Mən Mari-Luizaya özüm qədər inanırdım. O
portsiqar məni səksəndirdi. Başqa heç nə haqqında
düşünə bilmirdim, qorxurdum, başıma hava gələ.
Konstans. Demək istəyirsən, yalnız Mari-Luizanın
otağından mənim portsiqarımı tapdığına görə bura gəlib
bu biədəb səhnəni qurmusan? Mən buna inana bil-
mirəm. Sən axı müdrik, təcrübəli, yetkin bir insansan.
Əlbəttə, sənin başqa dəlillərin də olmalıdır. Sən nəsə sö-
zü axıracan demirsən. Mənim hisslərimə rəhmin gəl-

343
   338   339   340   341   342   343   344   345   346   347   348