Page 338 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 338
yam Somerset Moem
Con. Yəqin ki, o mənə qulaqburması verəcək. Onun
yerində hansı qadın olsa belə eləyər. Amma məni itir-
məmək üçün hər şeyə dözəcək.
Mari-Luiza. Qadınları yaman yaxşı tanıyırsan. Sənə
kömək eləyə bilər, bu, mümkündü. Amma mənə gəlincə,
iki ayağını bir başmağa dirəyəcək. Qadın təbiəti belədi.
Con. Konstans elə deyil.
Mari-Luiza. Con, düzünü desəm, əgər mənə qarşı
hisslərinə əmin olmasaydım, Konstansı belə ucaltdığına
görə onu sənə qısqanardım.
Con. Şükür ki, çöhrəndə təbəssüm əmələ gəldi.
Deməli, həyəcanını boğa bilmisən.
Mari-Luiza. Çünki ürəyimi boşaltdım. Doğrudan da,
hər şey heç də o qədər pis deyil.
Con. Əminəm ki, sənin bu təşvişinə heç bir əsas
yoxdu.
Mari-Luiza. Ola bilsin, bütün bunlar mənim uydur-
mamdı. Amma, hər halda, biz əndazəsiz şəkildə risqə
gedirik.
Con. Ola bilər. Səbəb də sənin ilahi gözəlliyindi.
Mari-Luiza. Pasientlərinin yanına qayıtmağının
vaxtı deyilmi?
Con: Hə, yəqin. Sən Konstansı gözləyəcəksən?
Mari-Luiza. Əlbəttə. Onunla görüşmədən getsəm,
məni başqa cür anlayarlar.
Con (Çıxaraq). Onda görüşənədək. Özü də həyəcan-
lanma.
Mari-Luiza. Oldu. Yəqin, səbəb vicdan əzabı çək-
məyimə görədi. Gedib başımı yuyub, saç düzümümü
dəyişərəm.
(Con əlini qapının cəftəsinə uzadan vaxt Marta, ardınca
da o biri qapıdan Bernard daxil olur.)
Marta (Süni nəzakətlə). Mari-Luiza sənin burada
olduğunu bilmirdim.
Mari-Luiza. Vacib deyil.
338