Page 336 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 336
yam Somerset Moem

Mari-Luiza. Günaydın. (Bentliyə). Siz elə bu dəqiqə
mister Middltona xəbər eləyəcəksinizmi?

Bentli. Bəli, madam.
(Bentli çıxır.)
Mari-Luiza. (Həyəcandan pörtmüş halda). Mənim
Cona deməyə sözüm var. Amma aşağıda pasientləri onu
gözləyir. Odur ki, Bentlidən xahiş elədim, onu bura ça-
ğırsın.
Bernard. Sizə mane olmayım.
Mari-Luiza. Üzr istəyirəm, amma çox vacib məsə-
lədi. Conu işdən ayıranda yaman əsəbiləşir.
Bernard. Mən başqa otağa keçərəm.
Mari-Luiza. Siz Konstansı gözləyirsiniz?
Bernard. Hə, biz Reynlafa gedəcəyik. Bu gün orada
polo oynayırlar. Konstans şlyapasını dəyişir.
Mari-Luiza. Hə, lap yaxşı. Bentli mənə dedi ki,
Konstans yuxarıdadı. Çox sağ ol. Mənim işim bir dəqiqə-
likdi. (Bernard qonşu otağa keçir və dərhal Con peyda olur.)
O, Con səni pasientlərindən ayırdığıma görə üzr istə-
yirəm.
Con. Böyük bir şey olmayıb. Onlar bir neçə dəqiqə
gözləyə bilərlər. (Bernard ardınca qapını örtür və Conun səsi
dəyişir. İndi onlar astadan, əsəbi, qırıq ifadələrlə danışırlar.)
Nəsə olub?
Mari-Luiza. Mortimer.
Con. Nə olub?
Mari-Luiza. Əminəm ki, şübhələnib.
Con. Nədən əminsən?
Mari-Luiza. O, dünən özünü elə qəribə apardı ki.
Gecənin xeyirini diləmək üçün otağıma gəlmişdi. Çar-
payıma əyləşdi. Mızıldanmağa başladı, soruşdu ki, bü-
tün axşamı nə işlə məşğul olmuşam...
Con. Ümidvaram ki, sən ona açıb demədin.
Mari-Luiza. Yox, dedim ki, yeməyi evdə yemişəm.
Qəflətən yerindən sıçrayıb: “Gecən xeyrə qalsın”, – dedi,

336
   331   332   333   334   335   336   337   338   339   340   341