Page 332 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 332
yam Somerset Moem
Konstans (Qəflətən şübhələnən kimi olur). Sən gələndə
Marta buradaydı? Hə, getməmişdi, eləmi?
Bernard. O, ananı gözləyirdi. İndi məktub yazmaq
üçün o biri otağa keçib.
Konstans. Sən onunla söhbətləşdin?
Bernard (Bacardıqca laqeydliklə). Hə, bir az havadan-
zaddan danışdıq.
Konstans. (Nə baş verdiyini dərhal anlayıb). Belə...
Getmək vaxtı deyilmi?
Bernard. Hələ çox vaxtımız var. Belə ertədən
getməyin mənası yoxdu.
Konstans. Onda şlyapamı çıxarım.
Bernard. Bura çox gözəldi, eləmi? Sənin otağın xo-
şuma gəlir.
Konstans. Səncə, burada qonaq qəbul eləmək ayıb
olmaz? Hamısı öz ideyamdı. Barbara Fosett istəyir ki,
mən onun yanında işləyim. O, interyerlərin layihələş-
dirilməsiylə məşğuldu, özü də qalaq-qalaq pul qazanır.
Bernard (Sualdan boylanan narahatlığı gülüşlə gizləmək
istəyir). Məgər sən özünü öz evində xoşbəxt hiss elə-
mirsən?
Konstans. (Kəskin tərzdə). Elə fikirləşmirəm ki, qadın
yalnız özünü bədbəxt hiss eləyəndə nəyləsə başını qat-
maq istəyir. Bilirsən, adam vaxtının bütün hissəsini bal-
lara, qəbullara həsr eləməkdən bezir. Barbaranın
təklifinə isə mən rədd cavabı verdim.
Bernard (İsrarla). Demək, sən xoşbəxtsən, eləmi?
Konstans. Çox.
Bernard. Son iki həftədə sən məni yer üzünün ən
xoşbəxt bəndəsi elədin. Mənə elə gəldi ki, elə həmişə bu-
rada olmuşam. Sən mənə qarşı elə diqqətlisən!
Konstans. Əgər, doğrudan da, belə fikirləşirsənsə,
məni çox sevindirdin. Amma, ümumiyyətlə, mən sənə
qarşı xüsusi nəsə nümayiş eləməmişəm.
Bernard. Yox, eləmisən. Mənim səni görməyimə
icazə vermisən.
332