Page 327 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 327
Seçilmiş əsərləri
Bentli. Soruşaram, miss. (Çıxır və mister Kersalın
gəlişini xəbər vermək üçün dərhal da qayıdır. Sonra yenə
çıxır.) Mister Kersal.
Marta. Konstans geyinir. İndi gələcək.
Bernard. Aydındı. Tələsməyə ehtiyac yoxdu.
Marta. Siz Reynlafa getməyə hazırlaşırsınız, eləmi?
Bernard. Belə bir fikrimiz var. Bu gün oynayan ca-
vanlardan bir neçəsini tanıyıram.
Marta. London xoşuna gəlirmi?
Bernard. Həddindən artıq. Düzdü, əgər insan öm-
rünün yarısını Şərqdə keçiribsə, evə qayıdanda, təbii ki,
özünü öz qabında hiss eləmir. Amma Konstansla Conun
sayəsində bura tez uyğunlaşdım.
Marta. Conu bəyənirsənmi?
Bernard. Hə. O həddən artıq xeyirxah insandı.
Marta. Bilirsənmi, mən səni çox yaxşı xatırlayıram.
Bernard. Ola bilməz. Mən sizə gələndə sən lap uşaq
idin.
Marta. On altı yaşım vardı. Yoxsa elə fikirləşirsən
ki, Konstansın kavalerlərini görəndə məni əsməcə tut-
murdu?
Bernard. Onlar yaman çox idilər. Görünür, sən
yalnız yuxuya gedəndən gedənə sakitləşirdin.
Marta. Sən onların arasında ən ciddilərdən idin. Sən
mənə həddən artıq romantik görünürdün.
Bernard. Mən elə, doğrudan da, həddən artıq ro-
mantik idim. Məncə, bu, gəncliyə xas bir şeydi.
Marta. Amma, məncə, tək gəncliyə yox.
Bernard. Hə, elə bilirəm, romantizm yenə də canım-
da qalır. Mənim indiki qiymətim az deyil, özümə gəlmi-
şəm. İpəyin qiyməti çox çirkabları yudu.
Marta. Sən vicdansız bir yalançısan.
Bernard. Buna ancaq bir cavabım var: sən həddən
artıq qabasan.
Marta. Sən o vaxt Konstansa dəlicəsinə vurul-
muşdun, elə deyilmi?
327