Page 328 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 328
yam Somerset Moem
Bernard. Bilirsən, bu o qədər keçmişdə olub ki, artıq
unutmuşam.
Marta. Mən ona Cona yox, sənə ərə getməyi məslə-
hət görürdüm.
Bernard. Nə səbəbə?
Marta. Əvvəla ona görə ki, sən Yaponiyada yaşa-
yırdın. Mən bir an da götür-qoy eləmədən buradan
canımı qurtaran adama ərə gedərdim.
Bernard. Mən elə indi də orada yaşayıram.
Marta. Yox, mənim sənə ərə getmək fikrim yoxdu.
Bernard. Özüm də hiss eləyirəm.
Marta. Açığını desəm, onun Conda nə tapdığı mə-
nim üçün indiyəcən müəmmalı qalıb.
Bernard. Elə bilirəm, Konstans onu sevirdi.
Marta. Amma mən elə fikirləşirəm ki, o, səni yox,
Conu seçdiyinə görə peşmandı.
Bernard. Ola bilməz. Con onu tamamilə təmin
eləyir. Konstans heç vaxt onu başqa kişiylə əvəz eləmək
istəməz.
Bernard. Səninlə razılaşa bilmərəm. Onlar ər-arvad
kimi bir-birlərini tamamlayıblar və belə cütlüyü görmək
həmişə xoşdu.
Marta. Sən hələ də ona aşiqsən, eləmi?
Bernard. Heç də.
Marta. Canıma and olsun ki, sən dəhşətli səbir
yiyəsisən. Amma çox vaxt özündən xəbərsiz özünü ələ
verirsən. Konstans otağa girəndə sənin nə hala düşdü-
yündən xəbərin varmı? Ona baxanda heç bilirsənmi,
gözlərin nə rəng alır? Sən onun adını elə çəkirsən ki, elə
bil o quru adı öpüşlərə qərq eləyirsən.
Bernard. Marta, on altı yaşın olanda mən səni dö-
zülməz qız hesab eləyirdim, otuz iki yaşında isə sən
əcaib qadına çevrilmisən.
Marta. Elə deyil. Sadəcə, mən Konstansı çox istədi-
yimdən sənə də get-gedə doğma hisslər bəsləməyə baş-
layıram.
328