Page 333 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 333
Seçilmiş əsərləri

Konstans. Bilirsən, belə bir icazəni mən tində
dayanan polisə də verirəm.

Bernard. Mən səninlə ancaq boş-boş şeylərdən da-
nışmağa çalışıram, amma bununla bərabər, bütün qəl-
bimlə səni sevməkdə davam eləyirəm.

Konstans (Çox soyuqqanlı). Birinci dəfə bura gələndə
danışdıq ki, hisslərin sənin öz şəxsi işindi.

Bernard. Mənim sənə qarşı sevgimə etirazmı elə-
yirsən?

Konstans. Məgər biz hamımız bir-birimizi sevməli
deyilikmi?

Bernard. Mənə gülmə.
Konstans. Əzizim, gülmək nədi? Mənə kifayət qə-
dər xoşdu, hətta təsirləndim. Bu ki gözəldi. Əgər kimsə
sənə qarşı laqeyd deyilsə...
Bernard (Sözünü kəsərək). Bunu eşitmək mənə də
xoşdu.
Konstans. Bu uzun illərdən sonra.
Bernard. Əgər on beş il əvvəl kimsə desəydi ki, mən
səni indi daha artıq sevəcəm inanmazdım. Bəli, indi mən
səni on beş il əvvəlkindən on beş dəfə artıq sevirəm.
Konstans. (Sözünə davam edir). Amma sənin indi
mənə öz məhəbbətini bəyan etməyini azca da istəmirəm.
Bernard. Bilirəm, özü də buna hazırlaşmıram. Mən
səni çox yaxşı tanıyıram.
Konstans (Bir qədər çaşqınlıqla). Nəsə, sənin bu son
beş dəqiqə nə işlə məşğul olduğun mənə çatmır.
Bernard. Mən yalnız faktları bəyan eləyirəm.
Konstans. Onda bağışla. Mən tamam başqa şey fi-
kirləşdim. Amma, məsələn, indi ürəyimi hansı üsulla
fəth eləyəcəyinə baxmaq mənə maraqlı olardı. Amma
qorxuram, bunu səndən soruşsam, sözümə başqa məna
verəsən.
Bernard (Açıq ürəklə). Bilirəm ki, sən mənə gülürsən.
Konstans. Səni özünə gülməyi öyrətmək ümidiylə.

333
   328   329   330   331   332   333   334   335   336   337   338