Page 329 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 329
Seçilmiş əsərləri

Bernard. Ağlına gəlməyibmi ki, sən başqasının işinə
qarışmadan da bu hissləri nümayiş etdirə bilərsən?

Marta. Sənə həqiqəti dediyimə görə niyə mənə
acığın tutur. Səninlə Konstansı müşahidə eləyən istə-
nilən adam beşcə dəqiqə ərzində sənin ona dəlicəsinə
vurulduğuna əmin olacaq.

Bernard. Əzizim, mən İngiltərəyə birillik gəlmişəm.
Bu bir ili də şən və can rahatlığıyla keçirmək niyyətin-
dəyəm. Kiminsə azca da olsa, xətrinə dəyməyə qəti
həvəsim yoxdu. Mən Konstansla dostluğumu yüksək
dəyərləndirirəm, bu dostluğun hansısa şayiələrə səbəb
olacağına imkan vermərəm.

Marta. Bəs sənin ağlına gəlməyibmi ki, o, səndən
dostluqdan artığını tələb eləyə bilər?

Bernard. Yox, tələb eləməz.
Marta. Mənim sözümü qəribçiliyə salma.
Bernard. Konstans öz əriylə tamamilə xoşbəxtdi.
Görünür, sən məni axmaq yerinə qoymusan. Məgər mən
bu ideal cütlüyü bir-birindən ayıra bilərəmmi?
Marta. Ay mənim zavallı dəlim, məgər xəbərin
yoxdu ki, Con artıq çoxdan hamının gözü qarşısında
Konstansa xəyanət eləyir?
Bernard. Mən inanmıram.
Marta. Kimdən istəyirsən, soruş. Anam bilir, Bar-
bara Fosett bilir. Konstansın özündən başqa hamı bilir.
Bernard. Əlbəttə ki, bu, ağ yalandı. İki-üç gün əvvəl
naharda görüşəndə missis Darhem mənə dedi ki, bu
vaxtacan Conla Konstans qədər bir-birini sevən cütlük
görməyib.
Marta. Bunu sənə Mari-Luiza dedi?
Bernard. Hə.
(Marta gülməyə başlayır. Gülməkdən uğunur.
Özünü heç cür ələ ala bilmir.)
Marta. Ay səni, Mari-Luiza. Ay yazıq Bernard. Hə-
min o Mari-Luiza Conun məşuqəsidi.

329
   324   325   326   327   328   329   330   331   332   333   334