Page 325 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 325
Seçilmiş əsərləri

baş verdi, mən özümü birtəhər ələ ala bildim. O vaxt
dəlilik eləmədiyimə görə çox razıyam. Fikrimcə, əlimi
ürəyimin başına qoyub deyə bilərəm ki, bizim çox
xoşbəxt ailəmiz var.

Bernard. Bunu eşitməyə çox şadam. Əgər Conun
səni sevib-sevmədiyini soruşsam necə, acığına gəlməz
ki?

Konstans. Əminəm ki, sevir.
Bernard. Bəs sən necə, onu sevirsən?
Konstans. Çox.
Bernard. Qısa nitq söyləməyimə icazə verərsənmi?
Konstans. Bir şərtlə ki, vaxtı gələndə sözünü kəsə
bilim.
Bernard. Ümidvaram ki, İngiltərədə qalacağım bu
bir ildə səninlə tez-tez görüşməyimə icazə verəcəksən.
Konstans. Mən özüm də səni imkan daxilində tez-
tez görmək istəyirəm.
Bernard. Mən bir məqamı dərhal aydınlaşdırmaq
istəyirəm ki, bir də ora qayıtmayaq. Bil ki, indinin özün-
də də sənə on beş il əvvəl mənə ərə gəlməyini xahiş
elədiyim vaxtlardakı kimi dəlicəsinə aşiqəm. Elə bilirəm,
ömrümün axırınacan da səni beləcə sevəcəm. Mən artıq
ehtiraslarımı dəyişmək üçün çox qocayam. Amma istə-
yirəm, biləsən ki, məndə azca da sənin xoşbəxtliyinə
maneçilik cəhdi olmayacaq. Bundan qorxmağa ehtiyac
yoxdu. Səninlə Conun münasibətlərinə pəl vurmaq ağ-
lıma belə gəlmir. Hesab eləyirəm ki, hər bir insan
xoşbəxt olmaq istəyir, amma bu xoşbəxtliyi başqasının
bədbəxtliyi üzərində qurmaq olmaz.
Konstans. Məruzə o qədər uzun alınmadı. Rəsmi
ziyafətlərdə bu nitq heç replika da sayılmır.
Bernard. Mən səndən ancaq dostluq istəyirəm, əgər
əvəzində öz məhəbbətimi də vermək istəyirəmsə, bunun
artıq məndən başqa heç kimə dəxli yoxdu.
Konstans. Mən belə düşünmürəm. Əminəm ki, biz
çox möhkəm dostlar olacağıq, Bernard.

325
   320   321   322   323   324   325   326   327   328   329   330