Page 320 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 320
yam Somerset Moem
Missis Kalver. Bəzən o yazıqlar necə aradan çıx-
mağı özləri də bilmirlər, belə vaxtlarda yer ayrılsa, yerə
girərlər.
Konstans. Amma işdi, əgər qərara alsam ki, o, çox
ürəyəyatımlı birisidi, onda burun dəsmalımı çıxarıb pi-
anonun üstünə qoyacam.
Missis Kalver. Nəyə görə?
Konstans. Əzizim, ona görə ki, sən öz qoca ayaq-
larınla qalxıb deyə biləsən ki, artıq getməlisən.
Missis Kalver. Bunu mənə deməsən də, anladım.
Amma maraqlıdır, dəsmalı niyə pianonun üstünə qoy-
malısan?
Konstans. Çünki mən tez özümdən çıxan məx-
luqam. Ona görə də məndə dəsmalı pianonun üstünə
qoymaq kimi impulsiv bir həvəs oyana bilər.
Missis Kalver. Çox gözəl. Amma mən heç vaxt öz
hisslərimə etibar eləmirəm.
(Bentli peyda olub Bernard Kersalın gəlişini xəbər verir.
Yaraşıqlı, dərisi gündə yanmış, gümrah bir kişi qonaq otağına
daxil olur. Onun çox gözəl bədən quruluşu var və özünün qırx
beş yaşından cavan görünür.)
Bentli. Mister Kersal.
Konstans. Gün aydın. Siz mənim anamı xatırlayır-
sınızmı?
Bernard (Missis Kalverin əlini sıxır). Əminəm ki, o,
məni xatırlamır.
(Konstans çantasından balaca burun dəsmalı çıxarır.)
Missis Kalver. Siz necə də uzaqgörənsiz.
Konstans. Çay üçün artıq gecdi, elə deyilmi? Nəsə
içmək istəyirsən?
(Konstans zəngə tərəf gedərkən yolda burun dəsmalını
pianonun üstünə qoyur.)
Bernard. Xeyr, təşəkkür eləyirəm, elə indicə bir
stəkan bədənə vurmuşam.
Konstans. Dilin açılsın deyə?
320