Page 318 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 318
yam Somerset Moem
Konstans. O, çox gözəl rəqs eləyirdi.
Missis Kalver. Onlar hamısı çox gözəl rəqs eləyirdi.
Konstans. Mən az qalmışdı, ona ərə gedəm.
Missis Kalver. Bəs niyə getmədin?
Konstans. Elə bilirəm, onun üstünə ayaqqabımı
silmək üçün döşəməyə uzanmağa hazır olduğunu çox
aydın büruzə verirdi.
Missis Kalver. Qısası, onda yumor hissi çatışmayıb.
Konstans. Onun məni sevdiyinə qəti əmin idim,
Cona gəlincə, belə qəti əminlik məndə yox idi.
Missis Kalver. Əvəzində, indi var, elə deyilmi?
Konstans. Bəs necə! Con mənə pərəstiş eləyir.
Missis Kalver. Nədən bu gənc insan bu gün sənə baş
çəkmək qərarına gəlib?
Konstans. O artıq heç də gənc deyil. O vaxt iyirmi
yaşı var idi, indi, təxminən, qırx beşdi.
Missis Kalver. O, hələ də sənə aşiqdi?
Konstans. Belə düşünmək istəməzdim. Doğrudan-
mı, o məhəbbət on beş ilə sönməyib? İnanmıram. Ana,
mənə elə baxma. Mən belə baxışları xoşlamıram.
Missis Kalver. Onda mənə quyruq bulama. Əlbəttə,
onun sevib-sevmədiyini özün yaxşı bilirsən.
Konstans. Mən Cona ərə gedəndən sonra onu gör-
məmişəm. Bilirsən, o, Yaponiyada yaşayır. Onun Kobedə
ticarət evi var. Müharibə vaxtı qısa məzuniyyətlə bura
gəlmişdi. Amma o vaxt mən bərk xəstə olduğuma görə
onu qəbul eləmədim.
Missis Kalver. Belə de! Bəs onda niyə təzədən gəlib?
Onunla məktublaşırdın?
Konstans. Əlbəttə, yox. On beş il görmədiyi adama
kim məktub yazar? Amma hər ad günümdə mənə gül
dəstəsi göndərir.
Missis Kalver. Necə də nəzakətlidir.
Konstans. Bu yaxınlarda isə ondan məktub almı-
şam. Yazmışdı ki, İngiltərədədir, mənimlə görüşmək
istəyir. Odur ki, onu bura dəvət eləmişəm.
318