Page 316 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 316
yam Somerset Moem

Konstans. (Təbəssümlə). Necə amansız rəftar, elə
deyilmi?

Missis Kalver. Ailə məsələləriylə bağlı mənim öz
prinsiplərim var. Əgər kişi arvadına fikir vermirsə, gü-
nahkar arvaddı, əgər kişi mütəmadi başqasıyla gəzirsə,
burada da on haldan doqquzunda qadın yalnız özünü
günahlandırmalıdır.

Konstans. Mütəmadi – necə də xoşagəlməz söz.
Missis Kalver. Ağlı başında olan istənilən qadın
təsadüfi işlərə məhəl qoymamalıdı. Bəzən şərait özü öz
axarıyla bu səbəbi gətirir.
Konstans. Və bir də, əlbəttə ki, kişi şorgözlüyü?
Missis Kalver. Mən o tanışıma dedim ki, ərin başqa
qadınları daha cazibədar zənn etdiyindən onlarla gəzir.
Amma buna görə ona hirslənməkmi lazımdı? Əksinə,
bütün gücünü işə salmalısan ki, ərinin gözündə o qadın-
lardan daha cazibədar görünəsən.
Konstans. Ana, sən təsadüfən feminist adlanan
qadınlardan deyilsən?
Missis Kalver. Bu sədaqət nə olan şeydir axı?
Konstans. Ana, əgər pəncərəni açsam, etiraz elə-
məzsən?
Missis Kalver. Pəncərə açıqdı.
Konstans. Onda əgər pəncərəni bağlasam, etiraz
eləməzsən? Fikrimcə, sən yaşda bir qadın əgər belə bir
sual verirsə, deməli, məndən nəsə bir rəmzi jest gözlə-
nilir.
Missis Kalver. Məni güldürmə. Əlbəttə ki, mən
qadın sədaqətinə inanıram. Hesab eləyirəm ki, kimsə bu
istəyi şübhə altına ala bilməz. Amma kişi başqa aləmdi.
Qadın evini, təmiz adını, cəmiyyətdəki mövqeyini, ailə-
sini bir an belə unutmamalıdır. Odur ki, qəti görməli
olmadığı bir işi görə biləcəyinin qarşısını almaq üçün
gözlərini yummağı öyrənməlidir.
(Eşikağası daxil olur.)

316
   311   312   313   314   315   316   317   318   319   320   321