Page 313 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 313
Seçilmiş əsərləri

sifarişləri çatdıra bilmirəm. Ağlıma belə bir fikir gəlib.
Niyə axı sən mənim yanımda işləməyəsən?

Konstans. Mən axı işgüzar qadınlardan deyiləm.
Barbara. Amma sənin çox incə zövqün və saysız-
hesabsız ideyaların var. Sən interyerlərlə məşğul olarsan,
mən də diqqətimi mebel alqı-satqısına yönəldərəm.
Konstans. Mənim axı pulum yoxdu.
Barbara. Əvəzində, məndə ürəyin istəyən qədərdi.
Mənə kömək lazımdı, bu işi səndən daha yaxşı bilən
mütəxəssisi çətin tapam. Biz qazancı yarı böləcəyik. Fik-
rimcə, ildə mindən min beş yüz funta qədər qazanaca-
ğını sənə vəd eləyə bilərəm.
Konstans. Mən uzun illərdi, əlimi ağdan-qaraya
vurmuram. Qorxuram, səkkiz saatlıq iş mənə sürgün
əzabı kimi görünə.
Barbara. Mənim təklifim barədə fikirləş, yaxşımı?
Çox maraqlıdır. Sən təbiətən işlək qadınsan. Məgər
günün iyirmi dörd saatını heç nəyə həsr eləmək səni
darıxdırmır?
Konstans. Elə fikirləşmirəm ki, bu, Conun xoşuna
gələcək. İnsanlar elə düşünə bilərlər ki, Con məni maddi
cəhətdən təmin eləyə bilmir.
Barbara. İndi hansı zəmanədi? İndi qadınların da
kişilər kimi özlərinə karyera qurması üçün bütün imkan-
lar var.
Konstans. Elə bilirəm, mənim karyeram Conun qul-
luğunda durmaqdan ibarətdi. Ev işlərini idarə eləmək,
onun dostlarını darıxmağa qoymamaq, ona xoşbəxtlik
və rahatlıq gətirmək...
Barbara. Bəlkə, səhv eləyirsən, yumurtanın hamısı-
nı bir səbətə yığmaq nəyə lazım? Bəlkə, həmin o karye-
ran alt-üst oldu?
Konstans. Nədən?
Barbara. Əlbəttə, ümid eləyirəm ki, bu baş vermə-
yəcək. Amma özün də bilirsən ki, kişilər havalı, dəyişkən

313
   308   309   310   311   312   313   314   315   316   317   318