Page 308 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 308
yam Somerset Moem

Mari-Luiza. Hə, ilk dəfədi, geyinirəm.
Marta. Yəqin, kavalerin səni lança dəvət etdiyinə
görə geyinmisən, eləmi?
Mari-Luiza. Nədən bildin ki, mən lançda kavalerlə
olmuşam?
Marta. Konstans dedi.
Konstans. Mən, sadəcə, belə zənn etdim. (Mari-Lui-
zaya) Biz görüşəndə gözlərinin necə par-par yandığını
gördüm, çöhrəndən də xoşbəxtlik yağırdı. Qadın yalnız
kimdənsə dünyanın ən gözəl varlığı olduğunu eşidəndə
belə nurlanır.
Marta. Mari-Luiza, de görək, o, kimdi?
Konstans. Mari-Luiza belə iş tutma, onun adını gizli
saxla ki, bizim qeybətləşməyə imkanımız olsun.
Barbara. Ərin necədi, əzizim?
Mari-Luiza. Hər şey qaydasındadı. Mən indicə onun-
la telefonla danışdım.
Barbara. Onun qədər öz arvadına pərəstiş eləyən
kişi görməmişəm.
Mari-Luiza. Şikayətlənmək günah olar, elə deyilmi?
Barbara. Bəzən əsəblərinə toxunmurmu? Məhəb-
bətin belə hüdudsuz okeanında çimməkdən qorxmur-
san? Birdən məlum olsa ki, əslində, sən heç də onun
gözünə göründüyü kimi deyilsən, yazığın ağlı çaşar.
Konstans (Xoş niyyətlə). Amma Mari-Luiza məhz
göründüyü kimidi.
Mari Luiza. Əgər belə olmasam da, onu buna inan-
dırmaq çətin məsələdi.
Konstans. Sakit, Con gəldi. (Qapıya yaxınlaşıb ça-
ğırır.) Con.
Con (aşağıdan). Salam.
Konstans. Qalxırsan? Mari-Luiza buradadı.
Con. Gəlirəm.
Konstans. Lançdan sonra əməliyyatı olub. Yəqin,
çox yorğundu.

308
   303   304   305   306   307   308   309   310   311   312   313