Page 304 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 304
yam Somerset Moem
Barbara (Tam ciddiyyətlə). Mənim o pis şeydən xəbə-
rim var.
Missis Kalver. Mənim fikrim belədi: görən, bu, be-
ləmi pisdi? Əgər burada özümüzük və söhbətimizə qu-
laq asan-zad yoxdusa, belə bir qiyamçı fikri bəyan
etməyi özümə rəva görə bilərəm. Əgər ər-arvadıyla
mehribandırsa, onun qayğısına qalırsa, bəzən sədaqətin
o dar cızığından çıxdığına görə onu damğalamağa də-
yərmi?
Marta. Demək istəyirsən ki, ər-arvadın sədaqət
andına riayət eləyib-eləməməsi elə də önəmli deyil?
Missis Kalver. Fikrimcə, arvadlar riayət eləməlidir.
Barbara. Bu axı dəhşətli dərəcədə ədalətsiz yanaş-
madı! Niyə axı arvadlardan artıq tələb olunmalıdı?
Missis Kalver. Çünki əksər arvadlar öz sədaqət-
lərindən xoşhallanırlar. Bu bizləri öz gözümüzdə ucal-
dır. Biz təbiətin sadiq məxluqlarıyıq. Özümüzü başqa
cür aparmağa elə də həvəsli olmadığımızdan həmişə sa-
diq qalırıq.
Barbara. Yaxşı görək.
Missis Kalver. Əzizim, sən dul bir qadın kimi, tam
sərbəstsən. De görüm, cəmiyyətin sənin üçün yasaq
saydığı nəyisə eləmək üçün alışıb-yanırsanmı?
Barbara. Mənim öz şəxsi işim var. Səkkiz saat işlə-
yəndən sonra məhəbbətmi yada düşür? Axşamlar yor-
ğun işgüzar qadının ürəyi ya musiqili komediyaya
baxmaq, ya da kart oynamaq istəyir. Onun pərəstişkar-
larıyla ünsiyyətə qəti həvəsi olmur.
Marta. Söz düşmüşkən, sənin biznesin nə yerdədir?
Barbara. Qarış-qarış böyüyür. Elə bura Konstansa
mən də işləmək təklifiylə təşrif buyurmuşam.
Missis Kalver. İş onun nəyinə lazımdı? Con yaxşı
qazanır.
304