Page 307 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 307
Seçilmiş əsərləri

Marta. (Çəp-çəp missis Kalverə baxaraq). Belə de. Con
isə xəstələrin qəbulundan sonra yeməyi evdə yeyir,
eləmi?

Konstans (Çox səmimi). Əgər xəstəxanaya ertədən
getməli deyilsə.

Marta. Bəs bu gün necə, onu xəstəxanaya çağırıblar?
Konstans. Yox, bu günə işlə bağlı görüş təyin elə-
mişdi.
Marta. Harada?
Konstans. İnan ki, bilmirəm. Bu uzunillik birgə hə-
yatdan sonra ərdən hara getdiyini soruşmurlar.
Marta. Niyə axı?
Konstans (Təbəssümlə). Çünki onda da səndən eyni
şeyi soruşmaq həvəsi yarana bilər.
Missis Kalver. Həm də ona görə ki, müdrik qadın
həmişə öz ərinə etibar eləyir.
Konstans. Con hələ bir dəfə də ondan şübhələnmə-
yim üçün mənə əsas verməyib.
Marta. Xoşbəxt qadınsan.
Konstans (Yüngül təbəssümlə). Ya da müdrik.
(Zərif, cazibədar, gözəl geyimli, iri, məsum gözlü və uzun
taxma kirpikli Mari-Luiza daxil olur.)
Mari-Luiza. Heç xəbərim yox idi ki, burada belə
kübar qəbul təşkil olunub.
Missis Kalver. Biz Martayla indicə getməyə hazırla-
şırdıq.
Konstans. Mari-Luiza sən mənim anamla tanışsan-
mı?
Mari-Luiza. Əlbəttə.
Konstans. Mənim anam çox yaxşı qadındı.
Missis Kalver. Ağlı başında, yaşına görə də çox fəal
bir qadın.
(Mari-Luiza Barbaranı və Martanı öpür.)
Mari-Luiza. Necəsiz?
Marta (Onun libasına baxır). Libasın təzədi, eləmi,
Mari-Luiza?

307
   302   303   304   305   306   307   308   309   310   311   312