Page 319 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 319
Seçilmiş əsərləri

Missis Kalver. Sənin bu qədər ağıllı olmağın məni
lap heyrətləndirir.

Konstans. Çox güman ki, o, xeyli dəyişib. Kişilər
yaman tez qocalır, elə deyilmi? Bəlkə, keçəlləşib, kökə-
lib?

Missis Kalver. Bəlkə də, evlənib?
Konstans. Əgər evlənsəydi, çətin, mənimlə gö-
rüşməyə həvəsi olardı, düz demirəm?
Missis Kalver. Belə başa düşürəm ki, onun səni
əvvəlki kimi sevdiyini düşünürsən.
Konstans. Elə deyil.
Missis Kalver. Onda nədən belə həyəcanlısan?
Konstans. Bu ki təbiidi. İstəmirəm, məni görəndə
fikirləşsin ki, qocalıb korlanmışam. O, mənə səcdə
eləyirdi, anacan. Yəqin, elə bilir ki, yenə əvvəlki kimi-
yəm. İstəməzdim ki, bu otağa girəndə çənəsi əyilsin.
Missis Kalver. Bəlkə, yaxşısı budur, onunla təklik-
də görüşəsən?
Konstans. Yox, anacan, qalmalısan. Mən xahiş
eləyirəm. Bəlkə, o, elə bədheybət olub ki, heç bir də onu
görmək istəmədim. Bu halda sənin yanımızda olmağın
işləri yüngülləşdirər. Bəlkə, heç mən onunla təklikdə
qalmaq istəmədim.
Missis Kalver. Belə de.
Konstans (Bic-bic baxıb). Amma, bəlkə də, qalmaq
istədim.
Missis Kalver. Bununla sən məni pis vəziyyətə qo-
yursan.
Konstans. İndi mənə qulaq as. Əgər qərara alsam
ki, o, həqiqətən, bədheybətdi, onda bir neçə dəqiqə ha-
vadan, təbiətdən danışıb, sonra pauza eləyərik və hər
ikimiz çoxmənalı baxışlarımızı düz onun gözünün içinə
zilləyərik. Belə baxışlar altında kişilər özlərini axmaq ye-
rində hiss eləyirlər. Kişilər isə özlərini axmaq yerində
hiss eləməyi xoşlamırlar. Odur ki, o durub gedəcək.

319
   314   315   316   317   318   319   320   321   322   323   324