Page 323 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 323
Seçilmiş əsərləri

Bernard. Bunun nə fərqi var?
Konstans. İstəyirsən, sənə balaca bir sirr açım. Mək-
tub yazıb səni qəbul eləməyim üçün icazə istəyəndə səni
bir də görəcəyimin sevinci məni elə çaşdırdı ki, dərhal
cavab göndərdim. Sonra məni təşviş bürüdü. O cava-
bımın geri qaytarılması üçün nə desən, verərdim. Bu
gün də səhərdən elə bil tikan üstə oturmuşam. Sən
qonaq otağına keçəndə dizlərimin necə əsdiyini sezmə-
din?
Bernard. İlahi, niyə axı?
Konstans. Əzizim, belə görürəm ki, səndə çatışmır.
Mən axı axmaq deyiləm, yaxşı bilirəm ki, gəncliyimdə
gözəl olmuşam. Bilirsən, illərlə bərabər gözəlliyin də
ötüb-keçdiyini nə qədər acı olsa da, istədin-istəmədin
özünə etiraf etməlisən. Bunu sənə kənardan heç kəs
deməyəcək. Özün isə bu fikirləri özündən qovmaq istə-
yirsən. Qərara aldım ki, yaxşısı budur, acı da olsa, ger-
çəyi öyrənim. Səni bura dəvət eləməyimin bir səbəbi də
budur.
Bernard. Özün bilməliydin ki, mən nə fikirləşsəm
də, sənə pis demərəm.
Konstans. Bilirəm. Odur ki, görən kimi gözümü sə-
nin gözündən çəkmədim. Qorxurdum ki, orada bu
sözlər yazıla bilər: “İlahi, bu qız nə günə düşüb?”
Bernard. Yazılmışdı?
Konstans. Sən içəri keçəndə çox sıxılırdın, gözünü
yerdən qaldırmağa ürək eləmirdin.
Bernard. Həqiqətən də, on beş il əvvəl sən yaraşıqlı
bir qız idin, amma indi ondan on beş dəfə gözəlsən.
Konstans. Bunu eşitmək necə də xoşdu.
Bernard. Məgər inanmırsan?
Konstans. Elə bilirəm, sən mənə kələk gəlmirsən.
Özü də etiraf eləyim ki, bu, məni sevindirir. Amma indi
de görüm, niyə evlənməmisən? Vaxt ötür, bilirsən, sonra
gec olacaq. Əgər evlənməsən, səni çox tənha qocalıq
gözləyir.

323
   318   319   320   321   322   323   324   325   326   327   328